Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-53/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X3 » MMC-nin direktoru X2 iştirakı ilə, «X3 » MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X3 » MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən «X3 » MMC 487194 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) il müddət keçməsinə baxmayaraq, 57200 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, «X3 » MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X3 » MMC-nin nümayəndəsi direktoru X5 bildirmişdir ki, «X3 » MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, həmin protokol tərtib edilərkən onlar dəvət edilməmişdir. Əks halda, müvafiq sənədləri təqdim edərdilər və protokol da tərtib edilməzdi. «X3 » MMC 487194 Avro məbləğində pulu 17 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. X3” MMC-nin baş direktoru vəzifəsində işləyir. MMC-nin fəaliyyət sferası dəmiryolu vasitəsi ilə yüklərin daşınması ilə bağlıdır. 12.03,2022-ci il tarixdə Latviya Respublikasında yerləşən SİA “Sungate” şirkəti ilə aralarında 109 özüyeriyən fıttinq tipli platforma vaqonlarının alqı- satqısı ilə bağlı 02 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə SİA “Sungate” şirkətinin bank hesabına köçürmə yolu ilə 487.194 EURO pul göndərmişlər. Bağlanmış müqaviləyə əsasən onlar ən qısa müddət ərzində 109 özüyeriyən fıttinq tipli platforma vaqonlarını onlara verməli idilər. 89 fıttinc tipli platforma vaqonları onlara təhvil verilmiş, lakin, 20 ədədi onlara verilməmişdir. 2( fıttinq tipli platforma vaqonların verilməməsi nəticəsində bizə 52.700 EURO ziyar dəymişdir. Buna görə dəfələrlə qarşı tərəfdən vurulmuş ziyanı geri istəsək də qarşı tərəf ziyanı ödəməkdən yayınmışlar. Vaqonların verilməməsini isə onların Gürcüstan Respublikası ərazisində olan 20 vaqonunu SİA “Sungate” şirkətinin Gürcüstana olan borcunun qarşılığında vaqonların ultizasiyaya verilərək doğradıldığını bildirmişlər. Hazırda isə onlara vurulmuş ziyan ödənilməmişdir. Bununla bağlı hüququ mühafizə orqanlarına şikayət ərizəsi və həm də məhkəmədə iddia qaldırmışdır. Şirkətin vəzifəli şəxsləri öz vəzifə səlahiyyətlərindən su istifadə edərək direktoru olduğu şirkətə vurulmuş ziyanın ödənilməsini həyata keçirmirlər.Göründüyü kimi «X3 » MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «X3 » MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, «X3 » MMC-nin (VÖEN: **********) Expressbank ASC-də olan hesabından 17 noyabr 2022-ci il tarixdə olan 487194 Avro ödənişi üzrə 57200 Avro məbləğində vəsait üzrə mallar ölkəyə daxil olmamışdır. Məhkəmədə müəyyən edilmişdir ki, qeyd olunan hal «X3 » MMC-nin təqsiri üzündən baş verməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Latviya Respublikasında yerləşən SİA “Sungate” şirkəti ilə aralarında 109 özüyeriyən fıttinq tipli platforma vaqonlarının alqı- satqısı ilə bağlı 02 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə SİA “Sungate” şirkətinin bank hesabına köçürmə yolu ilə 487.194 EURO pul göndərmişlər. Bağlanmış müqaviləyə əsasən onlar ən qısa müddət ərzində 109 özüyeriyən fıttinq tipli platforma vaqonlarını onlara verməli idilər. 89 fıttinc tipli platforma vaqonları onlara təhvil verilmiş, lakin, 20 ədədi verilməmişdir. 20 fıttinq tipli platforma vaqonların verilməməsi nəticəsində şirkətə 52.700 avro ziyan dəymişdir. Vaqonların verilməməsini isə onların Gürcüstan Respublikası ərazisində olan 20 vaqonunu SİA “Sungate” şirkətinin Gürcüstana olan borcunun qarşılığında vaqonların ultizasiyaya verilərək doğradıldığı ilə əlaqələndirilmişdir. Hazırda isə onlara vurulmuş ziyan ödənilməmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi və həm də məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq işlərin görülməməsi qarşı tərəfin təqsiri üzündən baş verdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-53/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-53/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver