Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-530/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 onun barəsində İXM-nin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021ci il tarixdə Yasamal rayonu 26-cı Polis Bölməsinin əməkdaşı X5 və digər iki nəfər iş yerinə gələrək (Süleyman Dadaşov küç 22, Aselsan- Bakü şirkəti, Yasamal rayonu) iş otağında çay içərkən və kompüterdə işləyərkən ona protokol tərtib ediblər. O, 102 xidmətinə bu barədə məlumat vermişdir. Hadisə saat 18 .34-də olub. Həmin vaxt iş otağında tək olub. Həmin iş otağına digər şəxslərin və müştərilərin girməsi qadağandır. Qoruyucu maskanı çay içmək üçün çənə hissəsinə sürüşdürmüşdür. Nazirlər Kabinetinin xx xxx 2020-ci il 189-nömrəli qərarının tələblərini pozmamışdır. Hadisənin videogörüntüləri var və təqdim edə bilər. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X3 xx.xx.2021-ci il tarixdə Yasamal rayonunda karantin rejimi dövründə tibbi maskadan düzgün istifadə etmə qaydasının pozuntusuna görə İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarda qeyd edilmişdir ki, həmin qərar MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin iş materiallarında olan Bakı şəh. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin MN ******* saylı protokolunun tarixi xx.xx.2021-ci il kimi qeyd edilmişdir. həmin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokola əsasən X3 xx.xx.2021-ci il tarixdə Yasamal rayonunda karantin rejimi dövründə tibbi maskadan düzgün istifadə etmə qaydasının pozuntusuna görə İXM-in 211.2-ci maddəsindəki inzibati xətanı törətmişdir. Bununla da qərarda göstərilir ki, hadisə xx.xx.2021-ci il tarixdə törədilib və xx.xx.2021-ci il tarixli protokola istinad edilib. Lakin qərarda istinad edilən eyni həmin nömrəli protokol 08.022021-ci ildə deyil, xx.xx.2021-ci ildə tərtib edilib və protokolda hadisənin xx.xx.2021-ci ildə deyil, xx.xx.2021-ci ildə törədildiyi qeyd edilib. Beləliklə protokolda xətanın bir vaxtda törədildiyi qeyd edilmiş, həmin protokol əsasında şəxs barəsində çıxarılmış inzibati tənbeh qərarında isə şəxs başqa bir vaxtda törədilən inzibati xətaya görə təqsirli bilinmişdir. Qeyd edilən həmin faktın araşdırılmaması ilə bağlı yol verilmiş pozuntu işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin şikayətin inzibati xətanın törədilib-törədilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 onun barəsində İXM-nin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-530/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-530/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver