Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5302/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi (tələbkar) Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi Nümayəndə1 iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 654/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il tarixli, 0906/158477 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 570.000 ABŞ dolları, faiz borcu kimi 80.181,68 ABŞ dolları, penya kimi 8.576,92 ABŞ dolları, ümumilikdə 658.758,6 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma ipoteka predmeti olan, cavabdeh Şəxs mülkiyyətindəki iki mənzilə - Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 1 nömrəli mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 21 nömrəli mənzilə yönəldilməsi, mənzillərin açıq hərracda satılması, əldə edilə vəsait hesabına borcun ödənilməsi və mənzillərin açıq hərracda satıldıqda 1 ay ərzində boşaldılması, ipoteka predmeti olan, 2 mənzilin - Bakı şəhəri, Nəsimi rayonu, Bəş Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 18 nömrəli mənzilin və Bakı şəhəri, Nəsin ravonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 21 nömrəli mənzilin birlikdə ilkin satış qiyməti 920.000 (doqquz yüz iyirmi min) manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il tarixli qətnaməsi ilə 658000 ABŞ dolları Bank Respublikanın xeyrinə borcludan tutulmuşdur. Borcdan müəyyən ödənişlər olub, hazırda 605000 dollar borc qalıb. Borclunun adında əmlak aşkar edilməyib. Tutma aylıq təqaüdünə yönəldilmişdir. Hazırda sonrakı ödənişlər depozitə yığılır. Normal məbləğ yığılanda təhvil verilir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş üzrə borclunun gəlirləri və əmlak vəziyyəti ilə bağlı müxtəlif orqanlara sorğular göndərilmiş və müəyyən edilmişdir ki, sonuncunun mülkiyyətində hər hansı əmlakı və ya dəyərli əşyaları yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi bildirmişdir ki, burada kifayət qədər yüklü məbləğlərdən söhbət gedir. Belə iri kreditlər də hər adama verilmir. Əsas məsələ Nazim Nəzərovla başlamışdır. Nazimin başqa əmlakları olub, onlara həbs qoyulub. Nazim özü krediti ödəməyib. Borcun azalması qərar çıxarılarkən nəzərə alınmalıdır. Həmin evdə müvəkkili özü olub. Şəxs təqaüddən kənar da ödənişlər edib. Şəxs bundan başqa icra sənədləri üzrə də öhdəlikləri var. Borclular arasında digər bir icra sənədinə əsasən X3 İslama 2 mln-a yaxın pul borcludur. Həmin ödəniş olan kimi, bankın borcu bağlanacaq. Amma Nazim pulu ödəmir. Hətta onları aldadıb ki, İslamın borcu ilə bağlı köməklik edəcək. Guya Bankın rəhbərliyi ilə yaxın əlaqələri var. Ondan xəbər çıxmadıqdan sonra, onlar məcbur qalıb şikayət ediblər. İcra işindən də göründüyü kimi qəsdən yayınma yoxdur. Hazırda şəxsin evindən əşyaların çıxarılması barədə məhkəmə mübahisəsi mövcuddur, çətin vəziyyətdədir. Şəxsin evi belə yoxdur, icarədə yaşayır. Ona görə göstərilənləri nəzərə alıb icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, vəkili ətraflı danışdı. O, 69 yaşında adamdır. Adında əvvəllər əmlak olub. Amma hamısı icra sənədləri üzrə tutmaya yönəldilib. Dəri xəstəliyi var. Borcu ödəməkdən yayınmır. Ona çatmalı pullar çatdıqdan sonra banka olan borcu tam bağlayacaq. Özü hər şeyini itirib və dələduzluq əməlinin qurbanı olub. Ona görə protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi (tələbkar) öz izahatında bildirmişdir ki, qətnamə üzrə tutma 2 mənzilə yönəldilmişdir. Bu iş üzrə ipoteka predmeti başqa öhdəliklər üzrə də ipoteka predmetləri olmuşdur. Hər iki iş üzrə icra sənədi var və hər iki icra sənədi borclu tərəfindən mübahisələndirilib. Digər icra sənədi daha əvvəl daxil olub. Ona görə həmin iş üzrə artıq hərrac da keçirilib. Orada məbləğ 2.6 mln dollar vəsait olmuşdur. Həmin işdə Nəzərov Nazim indiki borclu Ocaqverdiyevin İslamın dostudur. Onlar kredit verərkən təminat kimi mənzilləri yox, böyük biznesi nəzərdə tutublar. Çünki onsuz da həmin əmlaklar kredit məbləğinə uyğun olmamışdır. Artıq 2016-cı ildən borclunun əmlakları olmadığından borcun qaytarılmasını tələb edir. Kifayət qədər görüşləri olub, danışıqlar aparılıb. Amma çox cüzi ödənişlər olub. 49000 ödəniş olub, 2019-dan sonra heç nə ödəməyib. Yalnız 2024-də bir neçə dəfə yenə kiçik məbləğlər təmin etmişdir. Ümumiyyətlə icra sənədi üzrə ödənilmiş heç bir məbləğ ümumi borca adekvat deyil. Qətnamədən 11 il keçib. Ədalət mühakiməsinin düzgün aparılmasını xahiş edir. Belə iri məbləğin ödənilməməsi maraqlarına ziyan vurur. Onların da digər müştərilər qarşısında öhdəlikləri var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-654/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il tarixli, 0906/158477 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 570.000 ABŞ dolları, faiz borcu kimi 80.181,68 ABŞ dolları, penya kimi 8.576,92 ABŞ dolları, ümumilikdə 658.758,6 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma ipoteka predmeti olan, cavabdeh Şəxs mülkiyyətindəki iki mənzilə - Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 1 nömrəli mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 21 nömrəli mənzilə yönəldilməsi, mənzillərin açıq hərracda satılması, əldə edilə vəsait hesabına borcun ödənilməsi və mənzillərin açıq hərracda satıldıqda 1 ay ərzində boşaldılması, ipoteka predmeti olan, 2 mənzilin - Bakı şəhəri, Nəsimi rayonu, Bəş Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 18 nömrəli mənzilin və Bakı şəhəri, Nəsin ravonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 21 nömrəli mənzilin birlikdə ilkin satış qiyməti 920.000 (doqquz yüz iyirmi min) manat müəyyən edilmişdir. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs gəliri yalnız pensiyadır, onun mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-654/2014 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il tarixli, 0906/158477 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 570.000 ABŞ dolları, faiz borcu kimi 80.181,68 ABŞ dolları, penya kimi 8.576,92 ABŞ dolları, ümumilikdə 658.758,6 ABŞ dolları məbləğində pul qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma ipoteka predmeti olan, cavabdeh Şəxs mülkiyyətindəki iki mənzilə - Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 1 nömrəli mənzilə və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 21 nömrəli mənzilə yönəldilməsi, mənzillərin açıq hərracda satılması, əldə edilə vəsait hesabına borcun ödənilməsi və mənzillərin açıq hərracda satıldıqda 1 ay ərzində boşaldılması, ipoteka predmeti olan, 2 mənzilin - Bakı şəhəri, Nəsimi rayonu, Bəş Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 18 nömrəli mənzilin və Bakı şəhəri, Nəsin ravonu, Bəşir Səfəroğlu küçəsi, 213 №-li evdə yerləşən 21 nömrəli mənzilin birlikdə ilkin satış qiyməti 920.000 (doqquz yüz iyirmi min) manat müəyyən edilməsi qərara alınmışdır. Həmin icra sənədi əsasında xx.xx.2025-ci il tarixdə Yasamal rayon İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra məmuru tərəfindən aparılmış icra tədbirləri zamanı ayrı-ayrı qurumlara verilmiş sorğulara əsasən borclunun gəlirinin yalnız pensiya olması, mülkiyyətində hər hansı dəyərli əşyasının və ya əmlakıının olmaması müəyyən edilmişdir. Hazırki iş üzrə borc bankın riskinə əsaslanmaqla təminatlı borcdur. Mülkiyyətində hər hansı bir əmlakının olmaması borclunun əmlak vəziyyətinin göstəricisi olduğu halda, borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan elementlər mövcud deyil. Yəni, borcun tam ödənilməməsinə Şəxs özünün münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs R.Ə.Səmədovun əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5302/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5302/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver