Məhkəmə qərarları › İş №3(004)-5307/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5307/2023

17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5307/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış material Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xətalara dair iş üzrə toplanmış material poçt vasitəsi ilə icraata daxil olduğu vaxt öyrənilmiş və məlum olmuşdur ki, Azərbaycan Respublikasının İXM-nin tələbinin pozulması iddia edilən 157-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmasına baxmayaraq bu növ işlərdə iştirakı məcburi hesab edilən inzibati xətanı törətməsi ehtimal olunan şəxsin, yəni Şəxs və zərər çəkmiş şəxsin məhkəməyə gətirilməsi təmin olunmamışdır. Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna qaytarılmalıdır. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən inzibati xata haqqında iş üzrə icraat Məcəllənin 86cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə başlanılmış hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan inzibati xəta haqqında işə xətanı törətməsi ehtimal olunan şəxsin iştirakı ilə baxılmalı olduğundan, barəsində icraat başlanmış şəxsin məhkəmədə iştirakı təmin edilmədiyindən, mövcud natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında iş üzrə toplanmış material Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 99, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R AR A AL D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə toplanmış material Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna geri qaytarılsın. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar