Məhkəmə qərarları › İş №3(004)-533/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-533/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-533/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi ünvanı AZ1065, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 81 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət 400000.00 (dörd yüz min) ABŞ dolları məbləğində vəsaiti 15 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 400000.00 (dörd yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında barələrində tərtib olunan protokola etiraz edərək bildirmişdir ki, Mərkəzi Bank tərəfindən Şəxs MMC barəsində 16 yanvar 2023- cii il tarixli. EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati icraat aparılan hüquqi şəxs olaraq Şəxs MMC -nin məhkəməyədək icraatda iştirakı təmin edilməmiş, nümayəndəsi dəvət edilməmiş, izahat alınmamış, barəsində inzibati icraat aparılan “AG Telekom" MMC-nin nümayəndəsinə hüquq və vəzifələri izah edilməmiş və protokol rəsmi qaydada şirkətə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3ci maddəsinin tələbinə əsasən hakim inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı, işi icraatına qəbul etməzdən öncə baxmalı idi ki, protokol və işin digər sənədləri bu məcəllənin tələblərinə uyğun tərtib edilibıni? hansı sübutlar toplanılıb? Lakin məhkəmə İXM-nin 106.0.3-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq inzibati xəta haqqında protokolun məcəllənin tələblərinə uyğun olaraq tərtib edilməməsinə qiymət verməmiş, inzibati xəta haqqında işi geri qaytarmalı olduğu halda, inzibati xəta haqında işi baxışa təyin etmişdir. A.R. İXM-nin 109.1.6-cı maddəsinin tələbinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Yəni məlikəmə inzibati xəta haqqında işi baxışa təyin etmədən protokolun qanunvericiliyin tələblərinə uyğun düzgün tərtib edilməsi üçün protokolu tərtib etmiş orqana geri göndərilməlidir. Çünki, yuxarıda qevd etdiyimiz kimi inzibati orqan barəsində inzibati xəta haqqında icraat aparılan “AG Telekom" MMC-və məhkəməyədək icraat dövründə məlumat verməyək, nümayəndəsinin izahatını alınmamış, hüquq və vəzifələrini izah etməyərək,sübut təqdim etmək imkanından məhrum etmiş, protokola tıevdlər aparmamış xə protokolu qanunvericiliyin təİəlilərinə uvğun olmayaraq düzgün tərtib etməmişdir. A.R. İnzibati Xətalaı Məcəlləsinin 100.3-cii maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş iizıə icıaat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında araşdırılma aparılarkən ilkin olaraq qərardad qəbul edilməli, ondan sonra isə protokol tərtib olunmalıdır. Əgər hər hansı bir inzibati araşdırılma aparılıbsa protokol tərtib edilmədən öncə inzibati icraatın başlanması və aparılması barədə qərardad qəbul edilməli idi. Lakin iş materiallarına qərardad əlavə edilməmişdir. Bu hal da təsdiq edir ki, AG telekom MMC barəsində inzibati icraat başlanıkmadan qanunsuz olaraq birbaşa protokol tərtib edilmişdir. Yəni ilkin olaraq müəyyən etmək lazımdır ki, inzibati araşdırma aparan şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardad qəbul edilib, yoxsa qanun pozuntusunu yol verilərək birbaşa protokol tərtib edilib. Bütün bunları nəzərə alaraq inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə protokol tərtib etmiş orqanın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci ildə “Daliland Alliance LTD” şirkətinin hesabına qabaqcadan 400000.00 (dörd yüz min) ABŞ dolları məbləğində ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2023-cü il tarixli KB-83/2-284/2023 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP 0140234) saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 400000.00 (dörd yüz min) ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 80000.00 (səksən min) ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar