Məhkəmə qərarları › İş №3(004)-5334/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5334/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5334/2025 29.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Naxşıvan MR, Culfa rayonu, Camaldin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxşıvan MR, Culfa rayonu, Camaldin kəndində qeydiyyatda olan və Abşeron rayonu Məhəmmədi kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş vermiş və nəticədə piyada yüngül xəsarət almışdır. Qeyd edilən halları, həmçinin hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərməsini və sürücü olmaqla yeganə gəlirinin sürücülük fəaliyyətindən əldə edilməsini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs hadisəylə bağlı məlumat verdi və şiakyətinin olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİnin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibi olduğu üçün qərarın surəti Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İsuzu NPR 66L markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52ci maddəsinin 8-ci hissəsinin tələblərini pozmuş və yol- nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. 11 aprel 2025-ci il tarixdə saat 14:57- də DİN-nin 102 X1 RPİ-nin NH-nə məlumat daxil olmuşdur ki, 77 nömrəli marşrut avtobuslarının son dayanacağında, “Yadigar” market yanında Zərərçəkmiş şəxs idarə etdiyi motosikllə "Qazel" markalı avtomobil toqquşmuş və xəsarət alan olmuşdur. Həmçinin, 12 aprel 2025-ci il tarixdə saat 02:00-da 1 saylı KTM-dən həkim Qasımova Yasamal RPİ-nə zəng edərək, Yasamal rayonu Yeni Yasamalda, 77 nömrəli marşrut avtobuslarının son duracağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, motosikllə avtomobilin toqquşması nəticəsində motosiklın sürücüsü Zərərçəkmiş şəxs bilək və əlinin səthi travması xəsarəti alması barədə məlumat vermişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 11 aprel 2025-ci il tarixdə təxminən saat 12 radələrində həmin mopedlə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ilə yolun hərəkət hissəsinin sağ zolağı ilə, təxminən 30-40 km/saat sürətlə üzü “Qismət” şadlıq sarayı istiqamətində hərəkətdə olan zaman Ə.Əhmədov küçəsi 36 ünvanında yerləşən “OBA” marketin qarşısında dayanmış İsuzu markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qəflətən qapısını açmış və nəticədə o, həmin avtomobilin sol ön qapısına dəyərək motosikllə birlikdə yerə yıxılmışdır. 11 aprel 2025-ci il tarixdə təxminən saat 12 radələrində həmin mopedlə Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi ilə, yolun hərəkət hissəsinin sağ zolağı ilə, təxminən 30-40 km/saat sürətlə üzü “Qismət” şadlıq sarayı istiqamətində hərəkətdə olan zaman Ə.Əhmədov küçəsi 36 ünvanında yerləşən “OBA” marketin qarşısında dayanmış İsuzu markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü qəflətən qapını açmış və nəticədə o, həmin avtomobilin sol ön qapısına dəyərək motosikllə birlikdə yerə yıxılmışdır. nəticədə motosikldə olan şəxs yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisə zamanı avtomobilin sürücüsü ona yaxınlaşıb səhhəti ilə maraqlanmış və X3 Stansiyasına məlumat verməyi təklif etmişdir. Lakin o, TTYS-nə məlumat verməyə ehtiyac olmadığını, sadəcə əlinin ağrıdığını bildirmişdir. Buna görə həmin sürücü yaxınlıqdakı aptekdən ilkin tibbi yardım üçün nəzərdə tutulmuş ləvazimatlar alıb ona tibbi yardım göstərmiş, bundan sonra həmin sürücü istifadə etdiyi mobil telefon nömrəsini ona vermiş və ehtiyac olarsa əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o, idarə etdiyi motosiklı hadisə yerində saxlayıb oradan dostu ilə birlikdə yaşadığı evə getmişdir. Həmin sürücü hadisə yerində motosikletə dəymiş zərəri ona ödəyəcəyini bildirsə də, sonradan ona cəmi 15 manat pul verəcəyini bildirmiş, buna görə o, sonradan DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı onun idarə etdiyi motosiklə 160 manat civarında maddi ziyan dəymişdir. Məhkəmə-tibbi ekspertizasının 05 may 2025-ci il tarixli 279 nömrəli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İİİ barmağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İİİ barmağının qançır-şişkinliyi, əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol- nəqliyyat hadisəsi zamanı üzərində olduğu motosikletin avtomobillə toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa'müddətə.pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Materiala əlavə edilmiş videogörüntülərdən görünür ki, görüntünün 00:01 saniyəsində ağ rəngli İsuzu NPR 66L markalı avtomobilin sürücüsünün (Şəxs) qapını açması nəticəsində həmin vaxt hərəkətdə olan moped qapı ilə toqquşub yerə yıxılır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, İsuzu NPR 66L markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 8-ci hissəsinin tələblərini pozmuş və yol- nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 8ci hissəsində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsinin qapılarının açılması yol hərəkətinin digər iştirakçıkarı üçün maneə yaradarsa, onlar açmaq qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar