Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5339/2022 14.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X2 və onun vəkili X3 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı elektron qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: X2 və onun vəkili X3 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından şikayətlə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-1232/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə X2 inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin qeyd olunan inzibatı iş müşayiət məktubu ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı elektron qərardan görünür ki, Hacıqabul rayonu Talış kəndində qeydiyyatda olan X5, Xəzər rayonu Heydər Əliyev prospekti ərazisində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 40 manat məbləğində tənbeh növü tətbiq edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, X1 şəhəri M.Hüseynzadə küçəsi məhəllə 26, bina 4, mənzil 2 ünvanında yaşayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 və onun vəkili X3 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı elektron qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5339/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5339/2022
14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver