Məhkəmə qərarları › İş №3(004)-5346/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5346/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5346/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Sərməst Faiq oğlu Hacıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 08 avqust 2025-ci il tarixli, 00100-02332/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “X6” MMC-nin ünvanına daxil olmuş yüklər **********4038, **********4276, **********3959, **********3802, **********3598 və **********4124 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 13644.78 avro qeyd olunsa da, faktiki gömrük bəyannaməsi ilə birgə təqdim olunan mal müşayiət sənədlərinin araşdırılması zamanı invoys sənədində malların ümumi invoys dəyəri 14751.78 avro bəyan edilmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, “X6” MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********4038, **********4276, **********3959, **********3802, **********3598, **********4124 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar 61RP480/61AGP960 nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********9636 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. Lakin, Şəxs MMC tərəfindən həmin mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********4038, **********4276, **********3959, **********3802, **********3598, **********4124 sorğu nömrəli gömrük bəyannamələrinin ümumən 22-ci qrafasında malların ümumi invoys dəyəri ümumilikdə 14751.78 avro qeyd edilmişdir, lakin xx.xx.2025-ci il tarixli **********9636 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında həmin qısa idxal bəyannaməsinə qoşulan sənədlərə uyğun olarag malların ümumi invoys dəyəri 14751.78 avro olduğu halda 13644,78 avro qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X3 izahatında inzibati xətanın baş verdiyini etiraf edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 iyul 2025-ci il tarixli, 3-33-1100/012/023454 nömrəli raportdan görünür ki, “X6” MMC ünvanına daxil olmuş yüklər **********4038, **********4276, **********3959, **********3802, **********3598 və **********4124 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 13644.78 avro qeyd olunsa da, faktiki gömrük bəyannaməsi ilə birgə təqdim olunan mal müşayiət sənədlərinin araşdırılması zamanı invoys sənədində malların ümumi invoys dəyəri 14751.78 avro bəyan edilmişdir. 08 avqust 2025-ci il tarixli, 00100-02332/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X6” MMC-nin ünvanına daxil olmuş yüklər **********4038, **********4276, **********3959, **********3802, **********3598 və **********4124 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 13644.78 avro qeyd olunsa da, faktiki gömrük bəyannaməsi ilə birgə təqdim olunan mal müşayiət sənədlərinin araşdırılması zamanı invoys sənədində malların ümumi invoys dəyəri 14751.78 avro bəyan edilmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, “X6” MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********4038, **********4276, **********3959, **********3802, **********3598, **********4124 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar 61RP480/61AGP960 nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********9636 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. Lakin, Şəxs MMC tərəfindən həmin mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********4038, **********4276, **********3959, **********3802, **********3598, **********4124 sorğu nömrəli gömrük bəyannamələrinin ümumən 22-ci qrafasında malların ümumi invoys dəyəri ümumilikdə 14751.78 avro qeyd edilmişdir, lakin xx.xx.2025-ci il tarixli **********9636 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında həmin qısa idxal bəyannaməsinə qoşulan sənədlərə uyğun olarag malların ümumi invoys dəyəri 14751.78 avro olduğu halda 13644,78 avro qeyd edilmişdir. İnzibati xəta haqqında protokolda olan MMC-nin nümayəndəsinin izahatından görünür ki, həmin protokolda Şəxs nümayəndəsi Həsənov Təbriz Vəkil oğlu **********9636 nömrəli qısa idxal bəyannaməsi ilə **********4038, **********4276, **********3959, **********3802, **********3598, **********4124 sorğu nömrəli gömrük bəyannamələrinin 22-ci qrafaları arasında uyğunsuzluğun olmasına səbəbin invoysların aşağıda qeyd olunan məbləğə fikir vermədiyini, bununla da **********9636 nömrəli qısa idxal bəyannaməsi tərəfindən tərtib olunan zaman diqqətsizlik olduğunu və nəticədə uyğunsuzluq olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “X6” MMC-nin ünvanına daxil olmuş yüklər **********4038, **********4276, **********3959, **********3802, **********3598 və **********4124 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qisa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 13644.78 avro qeyd olunsa da, faktiki gömrük bəyannaməsi ilə birgə təqdim olunan mal müşayiət sənədlərinin araşdırılması zamanı invoys sənədində malların ümumi invoys dəyəri 14751.78 avro bəyan edilmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, “X6” MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********4038, **********4276, **********3959, **********3802, **********3598, **********4124 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş mallar 61RP480/61AGP960 nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********9636 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. Lakin, Şəxs MMC tərəfindən həmin mallara dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********4038, **********4276, **********3959, **********3802, **********3598, **********4124 sorğu nömrəli gömrük bəyannamələrinin ümumən 22-ci qrafasında malların ümumi invoys dəyəri ümumilikdə 14751.78 avro qeyd edilmişdir, lakin xx.xx.2025-ci il tarixli **********9636 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında həmin qısa idxal bəyannaməsinə qoşulan sənədlərə uyğun olarag malların ümumi invoys dəyəri 14751.78 avro olduğu halda 13644,78 avro qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar