Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-535/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasının OOO “Taşlinskiy QOK” şirkətindən Gürcüstanın “Kemex international” şirkətinin tapşırığı ilə 53643508, 59329433, 93005486, 53637393, 59442889 və 58967506 nömrəli vaqonlarda 27 dekabr 2022-ci il tarixdə saat 17:00- 17:03 aralığında Şimal Ərazi Bas Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbavcan Respublikasının gömrük ərazisinə gətirilmiş kvars qum yükünün **********1698, **********1430, **********1608, **********1523, **********1477 və **********1574 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair protokoldan qörünür ki, Bakı Baş Gömrük İdarəsində **********1698, **********14**********1608, **********1523, **********1477 və **********1574 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qömrük bəyannamələri ilə bəyan edilmiş mallar 59442889 nömrəli vaqonda 27 dekabr 2022-ci il tarixdə saat 17:00-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” qömrük postundan keçməklə, 53637393, 58967506 nömrəli vaqonlarda 27 dekabr 2022-ci il tarixdə saat 17:01-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” qömrük postundan keçməklə, 93005486, 53643508 nömrəli vaqonlarda 27 dekabr 2022-ci il tarixdə saat 17:02-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” qömrük postundan keçməklə, 59329433 nömrəli vaqonda 27 dekabr 2022-ci il tarixdə saat 17:03-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” qömrük postundan keçməklə Azərbavcan Respublikasının qömrük ərazisinə qətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbavcan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 28 dekabr 2022-ci il tarixdə saat 11:29-da gömrük orqanına **********9721 sorğu nömrəli qısa idxal bəyannaməsi verilmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, №00100-00156/23 (EP 0078214) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-535/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-535/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver