Məhkəmə qərarları › İş №3(004)-5358/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5358/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5358/2025 25.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29560933 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29560933 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. Subaydır. Valideynlərindən biri vəfat etmişdir. Himayəsində əlil anası və azyaşlı qardaşı var. Anası xəstə olduğuna görə və əlil olduğuna görə onun himayəsindədir. Ayaqlarında sağlamlıq problemi olduğuna görə onu maşınla o, aparıb-gətirir. Onun bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Hər zaman qanunlaa tabe olan bir vətəndaş olmuşdur. Heç bir zaman hər hansı qanun pozuntusuna yol verməmişdir. Uzun müddətdir ki, sağlamlıq durumu qənayət bəxş deyildir. Diaqnozuna əsasən artıq ağır mədə əməliyyatı keçirmişdir. Uzun müddət işləmirdi. Diqqətə çatdırır ki, xx.xx.2024-cü ildə saat 15:13:12-də, **-SN-*** dövlət nömrə nişanlı Nissan Pathfinder minik markalı istifadəsində olan avtomobili idarə edərkən Bakı şəhəri Xiyabani-Bünyadzadə küçəsindən keçərkən elektron olaraq İnzibati tənbeh vermə haqqında EQ №2161435 saylı Qərara əsasən, xx.xx.2024-cü ildə saat 15:13:12-də EQ № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin qərara və protokola əsasən də ona 150 (yüz əlli) manat cərimə tədbiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməyi ilə bağlı qərar və protokol tərtib edilmişdir. Nə qərarla nə də ki, on tədbiq edilmiş protokolla razı deyil. xx.xx.2024-cü ildə saat 15:13:12-də Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsindən keçərkən elektron olaraq qanunsuz olaraq cərimələnmişdir. Hal-hazırda maşını texniki müayinədən keçirə bilmir.İ darə edə bilmir. Bununla bağlı şikayət ərizəsi ünvanlasa da ona zəng oldu lakin heç bir tədbir görülmədi. Dəvət ediblər lakin heç bir köməklik olunmayıb. O da öz pozulmuş hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlib. Şikayəti ilə bağlı heç bir tədbir görülmədiyi üçün hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmək qərarına gəlib. O, heç bir inzibati xəta törətməmişdir. Qanunsuz olaraq onun adına elektron olaraq qərar və protokol tərtib etmişdir. Ona görə də bütün yuxarıda yazılanları nəzərə alaraq ona tətbiq edilmiş, xx.xx.2024-cü ildə tarixli, Bakı şəhər D.Bünyadzadə küçəsindən keçərkən elektron olaraq İnzibati tənbeh vermə haqqında EQ № ******* saylı qərarın və xx.xx.2024cü ildə saat 13:41:58-da №-li EQ № ******* nömrəli tərəfindən tərtib edilmiş, İnzibati Xəta haqqında qərara və protokola əsasən, qanunsuz və haqsız yazılmış 150 (yüz əlli)AZN manat cərimənin məhkəmə tərəfindən ləğv olunmağı ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29560933 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X4 xx.xx.2024-cü il tarixdə saat 15:13 radələrində Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə küçəsində “NİSSAN PATHFİNDER minik” markalı, “**-SN-***” dövlət qeydiyyat nişanlı avtomobillə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Şikayətçi şikayətində bildirir ki, protokol və qərarla razı deyil, lakin məhkəməyə təqdim olunan şəkillərdən də aydın görünür ki, həmin vaxt o, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkətdə olub. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərardan, fotoşəkillərdən və məhkəməyə təqdim edilmiş videogörüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29560933 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar