Məhkəmə qərarları › İş №3(004)-536/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-536/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-536/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səlahiyyətli nümayəndəsi Sara Əliyevanın iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs səlahiyyətli nümayəndəsi Sara Əliyeva tərtib edilmiş protokola etiraz edib müvafiq sənədlərin surətlərini məhkəməyə təqdim edərək bildirmişdir ki, "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 63 saylı əmrinə əsasən, bir sıra nəqliyyat vasitələri, o cümlədən “Chevrolet Niva 2123L” minik markalı, 90AX107 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əvəzsiz olaraq, Nəqliyyat və X1 balansına verilmişdir. Göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanına göndərilmiş sorğudan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:09-da “Chevrolet Niva 2123L” minik markalı, 90AX107 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Yevlax- Zaqatala-Gürcüstan yolu 158 km-də Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, qeyd edilən sorğu hüquqi şəxsin məsul işçisi “Ömər” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilik sürücü barədə məlumat dedikdə yalnız yol hərəkəti qaydalarının pozulmasına görə həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində məlumatın verilməsini ehtiva edir. Hazırkı halda isə nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədən idarə edilməsinin sürcüyə heç bir aidiyyəti yoxdur. Yəni Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı birbaşa hüquqi şəxs barəsində həmin maddə üzrə protokol tərtib olunmalı və müvafiq qərar qəbul edilməlidir. Həmin avtomobili idarə edən sürücüyə aid məlumatların isə hüquqi şəxsdən tələb edilməsinin mənası yoxdur. Digər tərəfdən, Şəxs səlahiyyətli nümayəndəsi Sara Əliyeva tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, sözügedən “Chevrolet Niva 2123L” minik markalı, 90AX107 dövlət qeydiyyat nişanlı avtomobil hal-hazıırda Şəxs balansında deyildir. Lakin Yasamal RPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibti Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd edilən hallar nəzərə alınmamış və nəticədə əsassız protokol tərtib edilmişdir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, İnzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələriə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar