Məhkəmə qərarları › İş №3(004)-5367/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5367/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5367/2025 03.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Karimov Vakhidin iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29890077 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Karimov Vakhid tərəfindən verilmiş şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Karimov Vakhid şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 29890077 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində xx.xx.2025-ci il tarixində verilən etibarnamə əsasında MERCEDES BENZ 1843 YÜK markalı 77LU572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran rayonun Mollakamallı kəndi Bakı istiqamətində yüklə (Atçep) dolu hərəkətdə olarkən SMSRadar vasitəsi ilə telefonuna Azərbaycan Respublikası İXM-nin 353.2. maddəsi ilə xx.xx.2025-ci il tarixində 600 manat məbləğində olmaqla cərimə yazılması ilə bağlı sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi avtomobildə olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini guya aşdığı göstərilmişdir və həmin nəqliyyat vasitəsində olan yükün (Atçep) çəkisi də xx.xx.2025-ci il tarixində guya 42590 kq olduğu qeyd edilərək DİN-nin Baş X4i İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ29890077 saylı elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qərarın 3-cü bəndi X1 X3 (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Mövcud qanunvericiliyə əsasən nəqliyyat vasitəsinin çəkisi 40000 kq, icazə verilən ümumi kütlənin 05 faizindən yuxarı olduğu, yəni 42000 kq-dan artıq olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş olardı. Belə ki, MERCEDES BENZ 1843 YÜK markalı 77LU572 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsi 5 oxludur, (hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsinə ümumilikdə 40000 kq yük vurula bilər. (8000x5=40000+5%)+(2000 kq). İcazə verilən kütlə 42000 kq-dır. xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən də görünür ki, tara 12750 kq, netto 28460 kq ümumi brutto isə 41030 kq. olmuşdur. O, yolda dayanmadan hərəkət edərək 90 km yol qət edərək, Bakı "xxxx" MMC-nin Elektron avtomobil tərəzisində yüklə birlikdə maşını çəkdirmişdir. Həmin tərəzi qəbzində ümumi kütlə 41020 kq oldu. Çəkilər arasında yaranan 10 kq fərq yanacaq sərfiyyatından və atseptin suyunun süzülməsi ilə əlaqədar yaranan fərqdir ki, bu da normal haldır. DİN-nin Baş X4i İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM- nin 353.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ29890077 saylı elektron qərar qəbul edilərək 600 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Bu cəriməni qanunsuz və əsassız hesab edir. Belə ki, nəqliyyat vasitəsinə icazə verilən yük üzrə parametrlər aşılmayıb. Buna görə də DİN-nin Baş X4i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29890077 saylı elektron qərarı ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Karimov Vakhid şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyi Baş X4i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29890077 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqana məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, DİN BDYPİ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə DİN BDYPİ nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 12 avqust 2025-ci il tarixli, EQ 29890077 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:52:03-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “Mercedes Benz 1843 yük” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 42590 (Limit 40000 kq) kiloqram təşkil etmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 12 avqust 2025-ci il tarixli, EQ 29890077 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:54-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “Mercedes Brnz 1843 yük” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə Karimov Vakhid barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - BB seriyalı, 271676 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Brnz 1843 yük” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 4680 kiloqram, maksimal kütləsi isə 35000 kiloqram təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbz ilə xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi “Mercedes Benz 1843 yük” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi çəkisinin 40000 kiloqramdan aşağı (28460) olduğu aşkar edilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən bu halları təkzib edən, o cümlədən xx.xx.2025-ci il tarixdə, saat 01.52:03-də, M- 1, 129-u km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “Mercedes Benz 1843 yük” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 42590 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X1 X3) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X1 X3 40 tonu aşmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin üzərində olsa da, sonuncu Karimov Vakhid tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 01.54-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “Mercedes Benz 1843 yük” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə Karimov Vakhidin əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, Vahid Kərimovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına törədəcək dərəcədə pozulmasına görə Vahid Kərimovun şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-yə tərəfindən qəbul edilən 12 avqust 2025ci il tarixli, EQ 29890077 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Vahid Kərimovun şikayəti qismən təmin olunsun. Vahid Kərimov barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİyə tərəfindən qəbul edilən 12 avqust 2025-ci il tarixli, EQ 29890077 saylı qərar ləğv edilsin. Vahid Kərimovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar