Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5370/2025 27.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X6 tərəfindən xx.xx.2025-ci il tarixdə onun iştirakı olmadan barəsində MN № ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol tərtib etmiş, habelə həmin protokol əsasında onun inzibati məsuliyyətə cəlb olunması haqqında qanunsuz və əsassız qərar qəbul edilmişdir. Qeyd olunan protokol haqqında onun 11,08.2025-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, həmin protokolu poçt vasitəsilə alan kimi dərhal Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə yaxınlaşıb həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ona təqdim edilməsini xahiş etmişdir. Lakin adı çəkilən qurumun əməkdaşları şifahi şəkildə qərarı ünvanına göndəriləcəyini bildirərək qərarı ona verməkdən imtina etmişlər. MN № ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş qərar ona təqdim edilmədiyindən, hazırkı şikayətinə qərarın surətini əlavə edə bilməmişdir. Qeyd olunan inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmir. Həmçinin həmin protokol onun iştirakı olmadan tərtib edilmiş və nəticə etibarı ilə həmin protokol əsasında qanunsuz olaraq barəsində 3000 manat inzibati cərimə tətbiq edilmişdir. Belə ki, qeyd olunan inzibati protokol tərtib edildikdən sonra o, protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə haşalanılmış icraatın baxılmasına dəvət edilməmiş, habelə həmin iş üzrə onun izahatı və fikri öyrənilməmiş, nəticə etibarı ilə MN № ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol əsasında qəbul edilmiş, lakin ona təqdim edilməmiş inzibati tənbeh vermə haqqında qərar ilə AR İXM-nin 191.2-ci maddəsinə əsasən 3000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* seriya və nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və nəticə etibarı ilə barəsində başlanılmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk olaraq həmin inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta haqqında 16 iyul 2025-ci il tarixli, MN ******* nömrəli protokol qanuna ziddir və nəticə etibarı ilə həmin protokol ilə onun hüquqlarını kobud şəkildə pozmulmuşdur. Belə ki, həmin protokol tərtib edilərkən o iştirak etməmişdir, habelə həmin protokol tərtib olunduqdan dərhal sonra ona təqdim edilməmiş, habelə həmin protokol əsasında qərar qəbul edilərkən onun fikri, izahatı alınmamış və öyrənilməmişdir. Barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* seriya və nömrəli inzibati xəta haqqında Protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından qanunsuz hesab edilərək ləğv edilməsini, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, habelə X7 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X6 haqqında xüsusi qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi üçün vəzifəli şəxsin əməlinə qiymət verilməlidir. Artıq Apellyasiya Məhkəməsi əmələ qiymət verib və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əmək müqaviləsi bağlanmadan işçinin işlədilməsi öz təsdiqini artıq tapır. Həmin qərarın hazırki işdə preyudisial əhəmiyyəti var. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona həm rəsmi məktubla, həm də şikayət vermiş şəxsin şikayətində göstərdiyi mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, bu barədə SMS xəbərdarlığının AZEMİS vasitəsilə göndərilməsinə dair bildirişi vasitəsilə təyin edilmiş iclas barədə xəbərdar edilmiş, xəbərdarlıq telefon sahibi tərəfindən qəbul edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X4 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirdiyi üçün həmin hüquqi şəxsin direktoru X8 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, vəzifəli şəxs kimi X8 barəsində qəbul edilmiş qərar üzrə inzibati xəta hadisəsinin mövcudluğu artıq təsdiq edilmişdir, həmin xətaya görə həmin şəxs də inzibati məsuliyyət daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4971/2025 saylı, 01 avqust 2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 manat (iyirmi min manat) məbləğində inzibati cərimə edilmişdir. Həmin qərara əsasən də X4 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işlərin yerinə yetirdiyinə cəlb edildiyi üçün inzibati tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2320/2025 saylı, 26 avqust 2025-ci il tarixli qərarından çıxarışa əsasən apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Bununla da artıq barəsində şikayət verilmiş qərarda göstərilən inzibati xəta hadisəsinin mövcudluğu və törədilməsi təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5370/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5370/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver