Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-538/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə İsmayıllı rayonu, Basqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İsmayıllı rayonu Basqal Qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 yanvar 2023-cü il tarixli MN seriyalı ******* protokol, 26 yanvar 2023-cü il tarixli MN seriyalı ******* protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara əsasən, Şəxs müxtəli vaxtlarda metro polis idarəsinə gələrək səbəbsiz yerə polis işçilərinə qarşı nalayiq ifadələr işlətməklə iş rejimini pozmuş, polis idarəsində olan şəxslərin narahatçiliğına səbəb olmaqla xırda xuliqanlıq törətmişdir. Bundan əlavə 21, 29, 30, 31, dekabr 2022-ci il tarixlərdə və xx.xx.2023-cü il tarixdə Metronun polis idarəsinə gələrək əsassız yerə idarənin əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş və onun bu hərəkətlərinə son qoyulmasına dair polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru X6 tərtib edilmiş protokolları müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Şəxs qeyd edilən tarixlərdə ictimai qaydanı pozaraq polis idarəsinin istər inzibati binasında, istərsə də onun giriş hissəsində bəzən ünvanlı bəzən də ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etdiyindən ondan bu əməlinə son qoyulması tələb edilmişdir, lakin o polis işçilərinin qanunun tələblərinə məhəl qoymamışdır.Eyni zamanda bildirmişdir ki, Şəxs yaxın bir neçə ay ərzində təxmiynən 100 dəfəyə yaxın olaraq idarəyə gəlmiş, əksər hallarda səbəbsiz yerə həm növbətçi hissədə olan polis əməkdaşlarına, həm də dəhlizdə onunla rastlaşan polis əməkdaşlarına qarşı nalayiq, biədəb - hansını ki, o, məhkəmə iclasında səsləndirməyı rəva bilmir.Digər tərəfdən bildirmişdir ki, Şəxs qeyd edilənlərlə kifayətlənməyərək onun şəxsi mobil nömrəsinə də onlarla təhqiramız sms-lər göndərmişdir və bu hərəkəti ilə onu bir polis zabiti kimi təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, polis idarəsinə şikayət etmək üçün getmişdir. Belə ki, bir müddət əvvəl onun baş vemiş cinayətlə bağlı sözügedən idarəyə müraciəti olmuşdur. Lakin onu orda qəbul etməmiş və hər dəfə növbəti gün gəlməsi bildirilmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən şiddət və təhqirə məruz qalmışdır. Bu barədə Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Verilmiş sula cavab olaraq bildirmişdir ki, polis idarəsinə təxmiynən 60-70 dəfə getmişdir, getməkdə məqsədi oradakı rəhbər şəxslərlə görüşüb orada işləyən bəzi şəxslərin “axırına çıxmaq” olmuşdur.İnzibati materiala əlavə edilmiş sənədlər qəsdən onun əleyhinə tərtib edilib və məhkəmə iclasında ifadə vermiş şahidlər yalan ifadə vermişlər ona gərə də özünü təqsirli bilmir. Məhkəmədən barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən - X7 izahatinda bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə növbədə olduğu zaman bir vətəndaş adı sonradan məlum olan Şəxs Ağasamid qızı saat təxminən 17:30 radələrində şöbənin qapısından icazəsiz - öz başına içəri daxil olaraq otaqlara daxil olmaq istəsədə xidmətdə olan postaçı Ariz Əliyev onun qarşısını kəsərək uzaqlaşdırmış və bu zaman o növbətçi hissənin qarşısında uca səslə qışqıraraq onların ünvanına nəlayiq söyüşlər söyərək iş rejimini pozmuşdur. O və orada olan digər polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsada lakin Şəxs öz hərəkətlərini davam etdirməklə qanuni tələblərimizə tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən - X3 izahatinda bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 11:40 radələrində Şəxs, Metropolitendə Pl-nin NH-nin giriş hissəsinə daxil olaraq heç bir səbəb olmadan səs küy salaraq şöbəyə müraciət edən vətəndaşlara narahatçılıq yaradan hərəkətlərə yol vermiş və polis əməkdaşlarına kobudluq göstərmiş, şər ataraq hədə qorxu gəlmiş, polisin qanuni tələbinə məhəl qoymayaraq, NHnin iş rejimini bir saat pozmuşdur. Eyni zamanda bildirirəm ki, Şəxs dəfələrlə günün müxtəlif saatlarında polis idarəsinə gələrək polis əməkdaşları ilə lüzumsuz mübahisə yaradaraq iş rejiminin gedişatını pozmuş, polisləri hədələmiş onları şərləyəcəyini bildirərək mütamadi olaraq şöbədə olan polis əməkdaşlarını təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən X9 izahatinda bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə növbədə olduğumuz zaman bir vətəndaş adı sonradan məlum olan Şəxs Ağasamid qızı saat təxminən adələrində şöbənin qapısından öz başına içəri daxil olaraq otaqlara daxil olmaq istəsədə xidmətdə olan postaçı, Ariz Əliyev onun qarşısını kəsərək uzaqlaşdırmış və o növbətçi hissənin qarşısında uca səslə qışqıraraq bizim ünvanımıza nəlayiq söyüşlər söyərək iş rejimini pozmuşdur. Mən və polis əməkdaşları onu sakitləşdirməyə çalışsaqda lakin o, hərəkətlərini davam etdirməklə qanuni tələblərimizə tabesizlik göstərdi. Məhkəmə iclasında iştirak edən X8 izahatinda bildirmişdir ki, 21, 29, 30, 31 dekabr 2022-ci il tarixlərində və xx.xx.2023-cü il tarixdə növbədə olduğu zaman Şəxs Ağasamid qızı həmin gün növbədə olan polis əməkaşlarını təhqir etməsinin, idarənin iş rejimini pozmasının şahidi olmuşdur. Şəxs nizam intizama dəvət edilsə də o, buna məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən X10 izahatinda bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə növbədə olduğu zaman Şəxs Ağasamid qızı həmin gün növbədə olan polis əməkaşlarını təhqir etməsinin, idarənin iş rejimini pozmasının şahidi olmuşdur. Şəxs nizam intizama dəvət edilsə də o, buna məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən X1 izahatinda bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə növbədə olduğu zaman Şəxs Ağasamid qızı həmin gün növbədə olan polis əməkaşlarını təhqir etməsinin, idarənin iş rejimini pozmasının şahidi olmuşdur. Şəxs nizam intizama dəvət edilsə də o, buna məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti otaqda olarkən səs-küy və təhqiramiz ifadələr eşitmişdir, otaqdan bayıra çıxan zaman sonradan adını Reyhanə olduğu bildiyi şəxsin səs küy saldığının, orada olan polis əməkdaşlarını təhqir etdiyinin, nizam intizama dəvət edilməsinə baxmayaraq ona məhəl qoymamasının şahidi olmuşdur. İş materiallarında olan CD-diskə məhkəmə iclasında baxış keçirilmişdir və müəyyən edilmişdir ki, Şəxs inzibati binanın dəhlizində ətrafında bir neçə polis işçisi vardır və o, onlarla əl qol hərəkətləri mübahisə edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli MN seriyalı ******* protokol, 26 yanvar 2023-cü il tarixli MN seriyalı ******* inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, CD disk, 26 yanvar 2023-cü il tarixli MN seriyalı ******* protokol, 26 yanvar 2023cü il tarixli MN seriyalı ******* protokol inzibati xəta haqqında protokol və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 26 yanvar 2023-cü il tarixdən saat 11:00-dan yəni şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək baxılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 yanvar 2023-cü il tarixdən saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə və Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı metropolitenində polis şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-538/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-538/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver