Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5381/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 sentyabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 19 sentyabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməyi və 3000 manat cərimə olunmağı qərara alınmışdır. Həmin qərarın giriş hissəsində vəzifəli şəxs X7 qeyd olunmuşdur. Həmin qərarda müəyyən etdi hissəsində qeyd olunmuşdur ki, Əhmədova İlahə Mirqəfər qızının 2022-ci ilin dekabr ayından 2024-cü ilin iyun ayına qədər X7 tərəfindən Sədərək ticarət Mərkəzi “Şirniyyat” bölməsi, 8-ci Sıra, 67 saylı mağazada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satıcı vəzifəsində işləmiş, yəni cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı qanunsuz və əsassız qəbul olunduğundan həmin qərar ilə razı deyil, ləğv olunması üçün hazırkı şikayət ilə müraciət edir, qeyd edir ki, Əhmədova İlahə Mirqəfər qızı ilə qohumluq münasibətləri var. Əhmədova İlahə Mirqəfər qızı 2015-ci ildə instaqram hesabından “Brend_gumuw925” adlı səhifə açmışdırkı, bəlkə qazanc əldə edib, ailəsinin dolanışığına yardım edə bilsin. X16 Mirqəfər qızı həmin işlərdən anlayışı olmadığı üçün qazanc əldə etmək əvəzinə dəfələrə ziyana düşmüşdür. Daha sonra ölkə hətta dünya üzrə pandemiya dövrünü yaşadığından nəinki Əhmədova ilahə Mirqəfər qızı ümumiyyətcə saysız insan işsiz qalmışdır. Hacıqabul rayon məhkəməsinin 1 (071 )-42/2021 saylı, 31 mart 2021-ci il tarixli hökmün sürətindən də görünür ki, Əhmədova İlahə Mirqəfər qızının həyat yoldaşı barəsində X8 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən təyin edilmiş cəza müddəti ərzində X4 üzərinə yaşayış yerini hər gün 23:00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Hacıqabul rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini deyişməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş və hökmen icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. X12 Mirqəfər qızının oğluna görə bir sıra problemləri olmuşdur. Əhmədova İlahə Mirqəfər qızı həmin məsələyə görə dəfələrlə hüquq mühafizə orqanlarında (Qaradağ rayonu ərazində daha çox) olmuşdur. Hətta hazırkı günə qədər həmin problemlər davam edir. Qarşı tərəf Əhmədova İlahə Mirqəfər qızına qarşı hər tərəfli problemlər yaratmağa və onu hər çəhətdən incitməyə davam edir. Əhmədova İlahə Mirqəfər qızı artıq xeyli müddətdir ki, yaşadığı dərin travmalara görə sarsıntılar keçirmiş, əsaslı müalicələr alır. Hətta qəbul etdiyi dərmanlar bəzən uzun saatlarla onu yuxuya aparır. Onlar qohumlar və ailəsi bu müddətdə onlara bacardıqları maddi və mənəvi olaraq köməkliyi göstərirlər. Dərin travmalara yaşayan Əhmədova İlahə Mirqəfər qızı panik atak yaşadığı üçün ailəsi, qohumları onu çalışırlar tək qoymasınlar, mütəmadi maraqlanırlar, çalışırlar ki, başını qatsınlar ki, tək qalıb fikir etməsin. Əhmədova İlahə Mirqəfər qızı daha əvvəldən yəni qərarda göstərilən 2022-ci ilin dekabr ayından onun yanında işləməmişdir. Ümumiyyətlə həmin vaxtda heç onda orda işləməmişdir, qaldıki Əhmədova İlahə Mirqəfər qızı işləsin. Nə o nə də Əhmədova İlahə Mirqəfər qızı daha əvvəldən orada onun işləməyi barədə izahat verməmişdirlər, daha doğrusu olmayan bir hadisəni necə deyə bilərlər. Əhmədova İlahə Mirqəfər qızı onun qohumudur, qohumu olaraq mağazaya gəlib getmişdir. Əhmədova X5 ticarət mərkəzindən alış veriş etdikdən sonra gəlib mağazada dincəlmiş, arada özünə hansısı əşyanı bəyənmiş, arada öz yaxınları üçün hansısa əşyanı bəyənib o malın şəklini çətib öz qohumuna atmışdır. Həmin mağazaya Əhmədova İlahə Mirqəfər qızından başqa xeyli sayda qohumları gəlir, şəkillər də çəkirlər, aliş verişdə edirlər. Bundan başqa Əhmədova İlahə Mirqəfər qızının sağlamlıq vəziyyəti ümumiyyətcə bu yaxın günlərə kimi işməyə də imkan verməmişdir. İlk öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə tanış olarkən açıqca görünür ki, qərar heç bir əsaslanma olmadan tərtib edilmiş, bəzi hissələri, hərfləri oxumaq da olmur. Qərar anlaşıqlı yazılmamışdır. Nəyin əsasında qərarda göstərilən nəticəyə gəlinmişdir bu günə kimi başa düşmür. Qərarın giriş hissəsində barəsində vəzifəli şəxs kimi qeyd olunsa da, hansı vəzifəni daşıdığı qeyd edilməmişdir.Çünki o, vəzifəli şəxs yox, fiziki şəxsdir. Bu barədə vəsiqəsinin surətini də əlavə edir. Belə ki, səlahiyyətləri yerinə yetirməyən fiziki şəxs olaraq Sədərək Ticarət Mərkəzində VÖEN açdırmaqla işləmişdir. Daha sonra qərarda göstərilmişdir ki, barəsində xx.xx.2024-cü il tarixdə prokuror qərar qəbul etmişdir. O, təxmini olaraq xatırlayır ki, söhbət gedən məsələ ilə bağlı xx.xx.2024-cü il tarixdə izahat alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə 15 gün inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul edilməli halda, xx.xx.2024-cü il tarixindən sonra 15 gün müddətində yox, 50 gündən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Bunun nə ilə bağlı olması barədə məhkəməyə əsaslandırılmış subut verilməsini də xahiş edir. Ayrıca da Əhmədova İlahə Mirqəfər qızı əmək müqaviləsi qüvvəsini alana qədər onun yanında işləməmişdir. Bunu özü də öz ifadəsində təsdiq edir. Ayrıca da Əhmədova İlahə Mirqəfər qızının orada qeyd olunan aralıqda işləməsinə dair heç bir subut yoxdur, ola da bilməz. Lakin olmayan bir məsələyə görə niyə bu qərar qəbul olunmuşdur? Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarında hansı vəzifəni daşımağı barədə heç bir subut yox, heç bir vəzifə barədə yazı yoxdur. İş materiallarına əlavə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 və Uçotonun Təşkili Baş İdarəsi tərəfinden verilmiş məlumata əsasən ona nəzarət-kassa aparatı xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmin mağazanı o özü 2023-cü ilin əvvəllərində açmışdırsa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi nəyə əsasən 2022-ci ilin dekabr ayından Əhmədova İlahə Mirqəfər qızının orada satıcı kimi işləməsini qeyd edir? Azərbaycan Respublikasının Əmək Məcəlləsinə nəzər yetirilsə aydın olur ki, əmək münasibətləri və əmək müqaviləsi üzrə tərəflər işçi və işəgötürəndir. Hazırda da bu məsələ üzrə hər iki tərəf dəfələrlə qeyd edir ki, hər iki tərəf arasında əmək müqaviləsinin qüvvəyə minməsindən əvvəl hər hansı əmək münasibəti olmamışdır. Əhmədova İlahə Mirqəfər qızı əmək müqaviləsinin qüvvəyə minməsindən əvvəl nə onun yanında nə də başqa bir işdə işləmişdir. Öz şəxsi problemləri ilə məşğul olaraq müalicəsini almışdır. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Olmayan bir hala görə barəsində qanunsuz və əsassız qərar qəbul edilmiş, ayrıca fiziki şəxs ola-ola vəzifəli şəxs kimi cərimə edilmişdir. Ona barəsində qəbul olunmuş qərarı xx.xx.2024-cü il tarixdə çatmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv olunmasını və barəsində olan inzibatı xəta haqqında icraatın xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 sentyabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X7 İXM-in 192.1-ci maddəsi ilə (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə) təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əhmədova İlahə Mirqəfər qızı xx.xx.2024-cü il tarixdə satıcı olaraq işə götürülmüş və işə başlama tarixi xx.xx.2024-cü il tarix qeyd edilmişdir. Lakin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi sistemə 1 ay sonra, xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 sentyabr 2024-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5381/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5381/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver