Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5384/2022 10.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Lənkəran rayonu, Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:09 radələrində Yasamal rayonu, “Qələbə dairəsi”ndə Yasamal RPİ DYPŞ-nin inspektorlarına tabesizlik göstərərək, ünvansız küçə söyüşləri söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Qələbə dairəsi”ndə Fərid Məmmədovun idarə etdiyi **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil Yasamal RPİ DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Fərid Məmmədov törətdiyi qayda pozuntuları izah edilmiş və avtomobilin müvəqqəti dayanacağa yerləşdiriləcəyi bildirilmişdir. Fərid Məmmədov bununla razılaşaraq avtomobili müvəqqəti dayanacağa yerləşdirmiş və inzibati cərimələrini ödəyərək avtomobilini müvəqqəti dayanacaqdan çıxarmışdır. Bundan sonra Fərid Məmmədov baş vermiş hadisələri qardaşı Şəxs danışmış və onlar birlikdə “Qələbə dairəsi”nə yaxınlaşmışlar. Bundan sonra onlar polis əməkdaşlarından onların avtomobilinin nə səbəbə müvəqqəti dayanacağa yerləşdirildiyini soruşaraq avtomobilin dayanacağa yerləşdirilməsinə etiraz etmişlər və Şəxs səs-küy salmış, ünvansız nalayiq ifadələr işlətmişdir. Yasamal RPİ DYPŞ-nin əməkdaşları dəfələrlə Şəxs nizam-intizama dəvət edilsədə o, buna məhəl qoymayaraq aqressiv şəkildə öz qanuna zidd hərəkətlərinə davam edərək polisin qanuni tələbini yerinə yetirməmişdir. Bundan sonra ƏÇPA-nın əməkdaşları dəvət edilərək Şəxs 29-cu polis şöbəsinə təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində qardaşı Fərid Məmmədov ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu “Qələbə dairəsi”ndən keçən zaman DYP əməkdaşı tərəfindən saxlanıldığını və sürücülük hüququnun məhdudlaşdırılması səbəbindən avtomobilin müvəqqəti dayanacağa yerləşdirməli olduğunu bildirmişdir. Bundan sonra o həmin yerə gəlmiş və qardaşı Fəridlə birlikdə ASAN xidmətə getmişlər. Oradan onlara məlum olmuşdur ki, Fəridin sürücülük hüququ məhdudlaşdırılmamışdır. Bundan sonra onlar birlikdə “Qələbə dairəsi”-nin yaxınlığına getmişlər və o polis əməkdaşlarına yaxınlaşaraq bildirmişdir ki, qardaşının sürücülük hüququ məhdudlaşdırılmamışdır. Həmin sözdən sonra DYP əməkdaşları ilə onun arasında narazıçılıq yaranmış və o istəmədən səs-küy salmış və bu səbəbdən DYP əməkdaşları əraziyə ƏÇPA-nın polis əməkdaşlarını çağırmış və onları 29-cu polis şöbəsinə dəvət etmişlər. O əvvəl polis şöbəsinə getməkdən imtina etsədə sonradan polis əməkdaşları ilə razılaşaraq polis şöbəsinə getmişdir. Yekun olaraq əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, “Qələbə dairəsi”ndə xidmətdə olarkən **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulduğundan sürücüyə saxla əmri verilmiş və avtomobil müvəqqəti dayanacağa təmin edilmişdir. Bundan bir müddət sonra həmin sürücü olan Fərid Məmmədov yanında qardaşı Şəxsla həmin yerə gəlmişdir. Bundan sonra Şəxs YPX əməkdaşlarının üzərinə gələrək aqressiv şəkildə etirazını bildirmiş, səs-küy salmış və ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs nizam intizama dəvət etməsinə baxmayaraq, o onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra onun qanuni tələbinə tabe olmamasını və ictimai əsayişi pozmaqla xuliqanlıq etməsini nəzərə alaraq ƏÇPA-nın əməkdaşlarını köməyə dəvət etmişdir. Həmin şəxslər 29-cu polis şöbəsinə təmin edilmişdir. İş materiallarında olan: Yasamal RPİ DYPŞ-nin YPX-nin inspektorları Rauf Fətəliyev və Anar İsayev tərəfindən 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:09 radələrində “Qələbə dairəsi”ndə xidmət apararkən “Mercedes” markallı **-VR-*** dövlət qeydiyyat nişanlı maşının üzərində həbs olması barədə avtopatruldan məlumat daxil olmuşdur. Bu zaman sürücüyə qayda pozuntusu izah edildikdən sonra həmin nəqliyyat vasitəsi 5 saylı duracağa yerləşdirilmişdir. Saat təxminən 11:30 radələrində həmin sürücü başqa bir şəxslə üzərlərinə gələrək onlara hədə-qorxu gəlməyə başlamışdır. Onlar nə qədər çalışsada həmin sürücünün yanındakı şəxsi sakitləşməmiş yenədə aqressiv davranışlarını davam etdirmişdir. Həmin şəxs onları təhqir edərək səs-küy salmış onlar isə həmin şəxsi nizamintizama dəvət etmişlər. Həmin şəxsin sakitləşmədiyini gördükdə “Şəfəqə” çıxaraq kömək istəmişlər. Həmin sürücü və vətəndaş avtopatrulun köməyi ilə 29-cu polis şöbəsinə təmin edilmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 6-cı PB-nin polis nəfərləri Elşad Zeynalov və Elnur Quliyev tərəfindən 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12:10 radlərində 2464 çağırışlı avtopatrul ilə inzibati ərazidə xidmətdə olarkən “Şəfəq” onlara “Qələbə dairəsi”nə yaxınlaşmağı və orada olan YPX əməkdaşlarına köməklik göstərməkləri ilə bağlı göstəriş vermişdir. Onlarda öz növbələrində deyilən ünvana yaxınlaşmış 284 çağırışlı avtopatrulun ekipajı Rauf Fətəliyev 2 nəfər vətəndaşın onlara tabe olmadığı üçün həmin şəxsləri aidiyyatı üzrə polis şöbəsinə dəvət etmələrini xahiş etmişlər. Həmin şəxslər 29-cu polis şöbəsinə dəvət edilmişdir. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxslər X2 və Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Qələbə dairəsi”ndə Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və onun qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5384/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5384/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver