Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5385/2022 10.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Lənkəran rayonu, Veravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:09 radələrində Yasamal rayonu, “Qələbə dairəsi”ndə Yasamal RPİ DYPŞ-nin inspektorlarına tabesizlik göstərərək, ünvansız küçə söyüşləri söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Qələbə dairəsi”ndə Şəxs idarə etdiyi **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil Yasamal RPİ DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Şəxs törətdiyi qayda pozuntuları izah edilmiş və avtomobilin müvəqqəti dayanacağa yerləşdiriləcəyi bildirilmişdir. Şəxs bununla razılaşaraq avtomobili müvəqqəti dayanacağa yerləşdirmiş və inzibati cərimələrini ödəyərək avtomobilini müvəqqəti dayanacaqdan çıxarmışdır. Bundan sonra Şəxs baş vermiş hadisələri qardaşı Fuad Məmmədova danışmış və onlar birlikdə “Qələbə dairəsi”nə yaxınlaşmışlar. Bundan sonra onlar polis əməkdaşlarından onların avtomobilinin nə səbəbə müvəqqəti dayanacağa yerləşdirildiyini soruşaraq avtomobilin dayanacağa yerləşdirilməsinə etiraz etmişlər və Fuad Məmmədov səs-küy salmış, ünvansız nalayiq ifadələr işlətmişdir. Yasamal RPİ DYPŞ-nin əməkdaşları dəfələrlə X1 nizam-intizama dəvət edilsədə o, buna məhəl qoymayaraq aqressiv şəkildə öz qanuna zidd hərəkətlərinə davam edərək polisin qanuni tələbini yerinə yetirməmişdir. Bundan sonra ƏÇPA-nın əməkdaşları dəvət edilərək X3 və onunla bir yedə olan Şəxs 29-cu polis şöbəsinə təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu “Qələbə dairəsi”ndən keçən zaman DYP əməkdaşı tərəfindən saxlanılmış və sürücülük hüququnun məhdudlaşdırılması səbəbindən avtomobilin müvəqqəti dayanacağa yerləşdirməli olduğu bildirilmişdir. Bundan sonra qardaşı Fuad Məmmədova zəng edərək hadisə barədə danışmış və onlar birlikdə ASAN xidmətə getmişlər. Orada onlara məlum olmuşdur ki, onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Bundan sonra onlar birlikdə “Qələbə dairəsi”-nin yaxınlığına getmişlər və qardaşı Fuad polis əməkdaşlarına yaxınlaşaraq bildirmişdir ki, onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Həmin sözdən sonra DYP əməkdaşları ilə qardaşı arasında narazıçılıq yaranmış və qardaşı istəmədən səs-küy salmış və bu səbəbdən DYP əməkdaşları əraziyə ƏÇPA-nın polis əməkdaşlarını çağırmışdir. Qardaşı əvvəl polis şöbəsinə getməkdən imtina etsədə sonradan polis əməkdaşları ilə razılaşaraq polis şöbəsinə getmişdir. Bu zaman polis əməkdaşlarından qardaşının haraya aparılması barədə məlumat almaq istəmiş və onuda 29-cu polis şöbəsinə aparmışlar. Yekun olaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, “Qələbə dairəsi”ndə xidmətdə olarkən **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulduğundan sürücüyə saxla əmri verilmiş və avtomobil müvəqqəti dayanacağa təmin edilmişdir. Bundan bir müddət sonra həmin sürücü olan Şəxs yanında qardaşı Fuad Məmmədovla həmin yerə gəlmişdir. Bundan sonra Fuad Məmmədov YPX əməkdaşlarının üzərinə gələrək aqressiv şəkildə etirazını bildirmiş, səsküy salmış və ünvansız nalayiq ifadələr işlətmişdir. Fuad Məmmədovu nizam intizama dəvət etməsinə baxmayaraq, o onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra onun qanuni tələbinə tabe olmamasını və ictimai əsayişi pozmaqla xuliqanlıq etməsini nəzərə alaraq ƏÇPA-nın əməkdaşlarını köməyə dəvət etmişdir. Həmin şəxslər 29-cu polis şöbəsinə təmin edilmişdir. Həmin vaxt Şəxs bir qədər kənarda dayanaraq olanları müşayət etmişdir. Yasamal RPİ DYPŞ-nin YPX-nin inspektorları Rauf Fətəliyev və Anar İsayev tərəfindən 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:09 radələrində “Qələbə dairəsi”ndə xidmət apararkən “Mercedes” markallı **-VR-*** dövlət qeydiyyat nişanlı maşının üzərində həbs olması barədə avtopatruldan məlumat daxil olmuşdur. Bu zaman sürücüyə qayda pozuntusu izah edildikdən sonra həmin nəqliyyat vasitəsi 5 saylı duracağa yerləşdirilmişdir. Saat təxminən 11:30 radələrində həmin sürücü başqa bir şəxslə üzərlərinə gələrək onlara hədə-qorxu gəlməyə başlamışdır. Onlar nə qədər çalışsada həmin sürücünün yanındakı şəxsi sakitləşməmiş yenədə aqressiv davranışlarını davam etdirmişdir. Həmin şəxs onları təhqir edərək səs-küy salmış onlar isə həmin şəxsi nizamintizama dəvət etmişlər. Həmin şəxsin sakitləşmədiyini gördükdə “Şəfəqə” çıxaraq kömək istəmişlər. Həmin sürücü və vətəndaş avtopatrulun köməyi ilə 29-cu polis şöbəsinə təmin edilmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 6-cı PB-nin polis nəfərləri Elşad Zeynalov və Elnur Quliyev tərəfindən 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12:10 radlərində 2464 çağırışlı avtopatrul ilə inzibati ərazidə xidmətdə olarkən “Şəfəq” onlara “Qələbə dairəsi”nə yaxınlaşmağı və orada olan YPX əməkdaşlarına köməklik göstərməkləri ilə bağlı göstəriş vermişdir. Onlarda öz növbələrində deyilən ünvana yaxınlaşmış 284 çağırışlı avtopatrulun ekipajı Rauf Fətəliyev 2 nəfər vətəndaşın onlara tabe olmadığı üçün həmin şəxsləri aidiyyatı üzrə polis şöbəsinə dəvət etmələrini xahiş etmişlər. Həmin şəxslər 29-cu polis şöbəsinə dəvət edilmişdir. Şöbədə müəyyən olunmuşdur ki, həmin şəxslər Şəxs və Şəxsdur. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki aşağıdakılara əsasən şəxsin törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxsin saxlanıldığı vaxtdan 24 saat keçsə də polisin şəxs barədə şübhələri öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Şəxs tərəfindən qardaşı Fuad Məmmədovun hara aparılmasını soruşması qanun pozuntusu deyildir. Şəxs tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən, onun sadəcə olaraq qardaşı Fuad Məmmədovun hara aparılmasını soruşduğu üçün polis əməkdaşları tərəfindən saxlanılması polis əməkdaşının qanuni tələbi hesab edilmədiyindən qanuna zidd hərəkət kimi qiymətləndirilməməlidir. Bundan sonra Yasamal RPİ-nin polis əməkdaşları Şəxs saxlayaraq ondan xidməti avtomobilinə əyləşməsini və polis bölməsinə getməsini tələb ediblər, bu zaman Şəxs bununla razılaşaraq, avtomobilə əyləşmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5385/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5385/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver