Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5386/2022 01.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllə ilə L.İmanov küçəsinin kəsişməsi, ev 5 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 60CB137/60ZA287 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara xx.xx.2022-ci il tarixdə “İpək yolu” gömrük costunda gömrük baxışı keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsində daxil olmuş yüklərə dair Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********6963 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə 3000 ədəd “internet şəbəkəsində istifadə olunan ev kommutasiya qurğuları (internet şlyuzu) “SBB3029AA060 Unit HGW Gpon İnbox G84” nişanlı “GPON İnnbox” ticari nişanlı “G” serialı, G84 modelli” internet kommutasiya qurğuları kimi bəyan edilmiş yükün 3060 ədəd olduğu, yəni 60 ədəd “lnnboxG84 HGW GPON AC” markalanma göstəricisi olan wi-fi moderni yükünün artıq olduğu aşkar edilmişdir. Beləliklə də, “Uninet" MMC tərəfindən 60 ədəd “lnnboxG84 HGW GPON AC” markalanma göstəricisi olan wi-fi moderni yükü cömrük orqanına düzgün bəyan edilməmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 60 ədəd “lnnboxG84 HGW GPON AC” markalanma zostəricisi olan wi-fi moderni yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/006106 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6713 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “lnnboxG84 HGW GPON AC” markalı təzə wi-fi modernin 1 ədədinin xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin 90,00 manat, 60 ədədinin orta bazar qiymətinin isə 5400,00 (beş min dörd yüz) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən ümumilikdə 60 ədəd “lnnboxG84 HGW GPON AC” markalı təzə wi-fi moderni yükünün orta bazar qiyməti 5400,00 (beş min dörd yüz) manat təşkil edir. Bununla da o, İXM-in 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, №00100-1972/22 (EP 0052193) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş, 5400 manatın 30% məbləğində, yəni 1620 manat (bir min altı yüz iyirmi manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5386/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5386/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver