Məhkəmə qərarları › İş №3(004)-539/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-539/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-539/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, 3-cü Bünyadzadə küçəsi, ev 3, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi X4 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 30 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı şəhər Baş Polis İdarəsi DYP-nin yaxınlığında sürücülük hüququ olmadan “Hyundai Sonata” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə eyni istiqamətdə yol kənarı ilə hərəkətdə olan X6 vurmuş, nəticədə N.Orucov sol budun hemotoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Qasımzadə X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 30 noyabr 2022-ci il tarixdə saat 01 radələrində o, sürücülük vəsiqəsi olmadan idarə etdiyi atasına məxsus “Hyundai Sonata" markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsindən çıxıb üzü yaşadığı evə gedirmiş. O, həmin yolda olan orta hərəkət zolağı ilə hərəkət edirmiş. O, Bakı şəhər DYPİnin qarşısında yerləşən dairəyə çatmamış görmüşdür ki, ondan sağ tərəfdə olan hərəkət zolağı ilə bir nəfər şəxs skuterlə hərəkət edir. O, qarşıda olan dairəyə çatanda fikirləşmişdir ki, skuterlə hərəkətdə olan şəxs ona çatana qədər o, dairəni dönüb sağa tərəf hərəkət edər, lakin o, idarə etdiyi avtomibili sağa tərəf döndərən zaman həmin skuterin sürücüsü özünü onun idarə etdiyi avtomobilin sağ qabaq tərəfinə çırpmış, zərbədən skuterin sürücüsü adını sonradan bildiyi X8 yerə yıxılmışdır. Bundan sonra, idarə etdiyi avtomobili saxlayıb yerə düşmüş və Niyazini yerdən qaldırıb ona yardım göstərmişdir. Daha sonra o, kürəkəni Bahadura zəng vurub, onu hadisə yerinə çağırmışdır. Bir neçə dəqiqə keçəndən sonra Bahadur hadisə yerinə gəlmiş və onlar Bahadura məxsus avtomobillə Niyazini KTM-nə aparmışlar. Xəstəxanada həkimlər Niyaziyə tibbi yardım göstərib onu evə buraxmışlar. Həmin vaxt o, Niyaziyə lazımi maddi yardımı göstərmişdir. Yekun olaraq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında gəlməmiş bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 23 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində idarə etdiyi “Hyundai Sonata" markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023cü il tarixli, 15/1272 saylı rəyində göstərilmişdir ki, X2 budun hematoması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Hyundai Sonata" markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla 30 noyabr 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Bakı şəhər Baş Polis İdarəsi DYP-nin yaxınlığında eyni istiqamətdə yol kənarı ilə hərəkətdə olan X6 vurmuş, nəticədə N.Orucov sol budun hemotoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı örətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 08 aprel 2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol 23 yanvar 2024-cü il tarixdə tərtib edilərək məhkəməyə göndərilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 23 yanvar 2024-cü il tarixdə daxil olmuşdur ki, bununlada həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar