Məhkəmə qərarları › İş №3(004)-5403/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5403/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5403/2024 18.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X14 yol-patrul xidməti inspektoru X7 iştirakı ilə Şikayətçi Nümayəndə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X15 İdarəsi (BDYPİ) 05 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 23988847 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək barəsində BDYPİ tərəfindən qəbul edilmiş 05 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 23988847nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2024-cü il tarixdə atası X4 məxsus olan xx.xx.2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində verilmiş 7E- 6301 reyestr nömrəli etibarnamə əsasında idarə etdiyi KİA SORENTO markalı 77LH575 dövlət qeydiyyat nişanlı avtomobilə Yasamal rayonu Mətbuat prospektində xx.xx.2024-cü il tarixli EQ 23988847 saylı Protokol üzrə xx.xx.2024-cü il tarixində saylı Elektron Qərar qəbul edilmişdir. Elektron qərar xx.xx.2024-cü il tarixində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan atası hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil, təqaüdçü, işsiz X2 ASAN ödəniş sistemindəki şəxsi kabinetinə yerləşdirilmişdir. Həmin tarixdə atası - X5 nəqliyyat vasitəsini idarə etməmişdir. Ümumiyyətlə o, xx.xx.2024-cü il tarixində National Primehospital MMC-də “Tor qişanın qopması və cırılması” diaqnozu ilə cərrahi əməliyyat olunmuş, evdə ambulator müalicədə olmuşdur. Onlar həmin tarixdə saat 17:25 radələrində anası X1 yaranmış problemlə əlaqədar həmin ərazidə yerləşən 19 nömrəli Şəhər Poliklinikasına gəlmişik. Anasınaa Həkim - Nevroloq tərəfindən “G45.0-Vertebrobazilyar arterial sistem sindromu” diaqnozu qoyulmuş və müvaliq ambulator müalicə təyin edilmişdir. Qeyd etmişdir ki, anası mütəmadi uzun illərdir baş-beyinlə əlaqədar bir çox xəstəliklərdən əziyyət çəkir, 2019-cu ildə beyin əməliyyatı keçirib. Həmin ərazidə nəqliyyat vasitəsini saxlamaq üçün yer tapıb poliklinikada həkimə yaxınlaşmışıq (təsdiqedici sənəd əlavə olunur). Bu gün isə (xx.xx.2024) atasın telefonuna baxan zaman AsanPay-dən qanunvericiliyin müvafiq tələblərinə uyğun olmayan SMS bildirişin gəldiyini gördüm. Daha sonra şəxsi kabinetə baxdığı zaman Azərbaycan Respublikasının İXM-nin 346.9. maddəsinə əsasən “Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə” altmış manat məbləğində və 2 bal cərimə edildikdlərini görmüşdür. Düşünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23988847 saylı protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron qərar tamamilə əsassızdır və qanunsuz olaraq qəbul edilmişdir. Belə ki, 05 oktyabr 2024-cü il tarixdə saat 17:25 radələrində atası X4 məxsus olan xx.xx.2023-cü il tarixində Bakı şəhəri 53 saylı notariat ofisində verilmiş 7E-6301 reyestr nömrəli etibarnamə əsasında idarə etdiyim KİA SORENTO markalı 77LH575 dövlət qeydiyyat nişanlı avtomobili anasının səhhəti ilə əlaqədar təcili müraciət etməli olduğu 19 nömrəli Şəhər Poliklinikasının binasının yaxınlığında saxlamışdır. Avtomobili saxladığı yer səki deyil, yolun yalnız bir tərəfində ağacların əkilməsi üçün nəzərdə tutulmuş torpaq örtüklü hündürlük maneəsi ilə binanın qarşısını ayıran (eni təxmini 5-7 metr, uzunluğu 15-20 metr olan) yolun asfalt örtüyüdür. Əgər həmin yerdə səki tələblərinə cavab verən meyar olardısa, istifadəsində olan nəqliyyat vasitəsinin texniki imkanı onu səkidə saxlamağa imkan verməzdi. Həmçinin həmin yerdə nəqliyyat vasitəsinin saxlanması vətəndaşların gediş-gəlişinə heç bir maneə törətmir. Binada yaşayan şəxslər, tibb müəssisəsinə müraciət edən şəxslər mütəmadi olaraq öz nəqliyyat vasitələrini burada park edirlər. Bundan əlavə qeyd edilən yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Ona görə də mən həmin maddədə (İXM 346.9) göstərilən heç bir tələbi pozmamışdır. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 23988847 saylı protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli elektron qərar tamamilə əsassızdır, qanunsuz olaraq qəbul edilmiş və bu halda inzibati tənbeh etmə haqqında qərar verilə bilməz. Bundan əlavə, əslində mövcud olmayan inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən icraat da düzgün aparılmamış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.6,-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4- 346.9, 346-1.1-346-1.4 və 346-1.6-346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparıİmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmış qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamışdır. Bundan əlavə həmin Məcəllənin 124.6.-cı maddəsində qeyd edilmiş məlumatlandırma ilə bağlı Məcəllənin 125.2.2-ci maddəsinə müvafiq olaraq tətbiq olunmalı olan prosedur da düzgün icra olunmamışdır. Belə ki, İXM-nin 125.2.2,-ci maddəsinə əsasən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı msddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Lakin qanunvericiliyin tələbləri pozulmaq a SMS bildirişdə törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği əks olunmamış, elektron kabinetdə də törətdiyi xətanın qısa məzmunu, aşkar edilmə saatı, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi öz əksini tapmamışdır. Bundan əlavə, operativ nəqliyyat vasitəsi idə quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunsa belə guya sübut kimi əlavə olunan foTo şəkillərin üzərində bu bort-kompüterə aid məlumatlar, GPS məlumatları, tarix, saat, yer və məkan barədə məlumatlar öz əksini tapmamışır. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. Göstərilənlərə əsasən BDYPİ tərəfindən qəbul edilmiş 05 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 23988847 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X14 yol-patrul xidməti inspektoru X8 şikayətlə razılaşmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X15 İdarəsi (BDYPİ) 05 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 23988847 saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi məhkəmə iclasına gəlməmişdir. Şikayətçi Nümayəndə elektron kabinet vasitəsilə müraciət edərək iş üzrə təyin edilmiş şifahi məhkəmə baxışının qeyd olunan tarixində (xx.xx.2024 14:20) onun işdə olması, ərizəçi X2 isə səhhəti ilə əlaqədar (yaxın müddət əvvəl cərrahi əməliyyat keçirib) həmin tarix və saatda iclasda iştirak edə bilməyəcəyini nəzərə alaraq, iş üzrə iclasın istənilən tarixdə saat 15:00-dan sonrakı vaxta təyin etməyi (bu halda o iştirak edə biləcəm), bu mümkün olmadıqda isə işə onların iştirakı olmadan baxaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Buna görə də məhkəmə şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş BDYPİ tərəfindən qəbul edilmiş 05 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 23988847 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 həmin tarixdə saat 17:28:11-də “Kia Sorento minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Mətbuat prospektində Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - altmış manat məbləğində cərimə edilir. Qeyd edilən 05 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 23988847 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.9cu maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş orqan həmin yerin səki olub-olmamasını araşdırmamışdır. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan, şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2024cü il tarixli, EQ seriyalı 23988847 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Nümayəndə şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 23988847 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar