Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-541/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, X3 Bakı Nəqliyyat Agentliyinin 09 iyun 2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinə və şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 09 iyun 2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-289/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X3 Bakı Nəqliyyat Agentliyinin 09 iyun 2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, şikayətçi və qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və vəsatəti ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb hesab edir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilərək vəsatət rədd edilməli və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə, buraxılmış prosessual müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, barəsində Bakı Nəqliyyat Agentliyinin dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsi tərəfindən qəbul edilmiş BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı, BNA ******* saylı və BNA ******* saylı inzibati tənbehvermə haqqında qərarlar onun yaşadığı ünvana göndərilmədiyindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddəti ötürmüşdür. Ona görə də müddətin ötürülməsi səbəbinin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş edir. İş materiallarından və şikayətin məzmunundan görünür ki, X4 Bakı Nəqliyyat Agentliyinin 09 iyun 2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 346.1-ci maddəsi təqsirli bilinərək barəsində 20 manat cərimə edilmişdir. Qeyd olunan qərar şikayətə əlavə edilməsinə baxmayaraq, qərarın hansı qaydada əldə edilməsi və nə vaxt şikayətçiyə təqdim edilməsi barədə hər hansı sübut əlavə edilməmişdir. Həmin qərardan şikayət vermə müddəti xx.xx.2020-ci il tarixdə başa çatır. X1 tərəfindən məhkəməyə ünvanlanmış şikayətin 08 yanvar 2024-cü il tarixdə, yəni Bakı şəhəri Bakı Nəqliyyat Agentliyinin tərəfindən qəbul edilmiş 09 iyun 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmişdir. X4 tərəfindən şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət məhkəməyə təqdim etmişdir. Lakin ötürülmüş müddətin üzrlü səbəblərdən olduğu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, X4 tərəfindən şikayət qanunla müəyyən edilmiş 10 günlük müddətdə deyil, 2 il 6 ay müddət keçdikdən sonra verildiyindən, həmçinin müvafiq qərarın rəsmi qaydada nə vaxt təqdim edilməsini, müddətin ötürülməsinin üzrlü səbəbləri barədə təsdiqedici sübut vəsatətə əlavə edilmədiyindən məhkəmə hesab edir ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməlidir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən və şikayətə baxılması mümkün olmadığından məhkəmə həmçinin hesab edir ki, şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1.-ci maddəsinə görə Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 müddətin bərpa edilməsi barədə ərizəsi rədd edilsin. X3 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 iyun 2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Şikayət ərizəsinin nəticə hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək və ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-541/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-541/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver