Məhkəmə qərarları › İş №3(004)-5410/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5410/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5410/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, tərcüməçi Şəbnəm Həsənovanın iştirakları ilə, xx.xx.1975-ci il tarixdə anadan olmuş, Türkiyə Cumhuriyyəti vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1182/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-477/2023- 044 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-4722/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-333/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərində qeyd olunan tələblərii icra məmurunun müəyyən etdiyi müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1182/2022-022 nömrəli, xx.xx.2022- ci il tarixli icra vərəqəsinə əsasən 5100 (beş min yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X4 ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X4 ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-477/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 45036,4 manat (ƏDV xaric) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 205 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4722/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 93370,51 manat məbləğində əsas borc, 1493,24 manat faiz borcu, ödənilmiş 405 manat məbləğində dövlət rüsumu, ümumilikdə 95268,75 (doxsan beş min iki yüz altmış səkkiz manat 75 qəpik) məbləğində pul manat məbləğində pul tutularaq iddiaçı “Akrali Metal" MMC-yə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-333/2023-021 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən qarşılıqlı iddiaçı "xxxx" MMC-yə məxsus 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax). 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv makinası (Rothenberger) , 6 ədəd dn 50 (2”) və 4 ədəd dn 40 (1 14”) ölçüdə boru açarlar qarşılıqlı cavabdeh “X7 Taahhüt ve Ticaret Anonim Şirketi”ndən alınaraq qarşılıqlı iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır.İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 124 manat pul məbləğinin 62 manat hissəsi ilkin iddiaçı, qarşılıqlı cavabdehdən, qalan 62 manat hissəsi isə ilkin cavabdeh, qarşılıqlı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22,Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru, X2 bildirdi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2-2(113)-1182/2022- 022 nömrəli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 477/2023-044 nömrəli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4722/2023-025 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2- 2(103)-333/2023-021 nömrəli icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün cavabdehə bildiriş göndərilmişdir. Lakin tələbin icrası mümkün olmamışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, hec bir tələbi təmin etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC–nin rəhbəri Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC–nin rəhbəri Şəxs bildirmişdir ki, ondan asılı olmayan səbəblərdən tələbin icrası mümkün olmamışdır. Belə ki, şirkətin bank hesablarına blok qoyulmuşdur. Halhazırda bank hesablarına blok qoyulduğu üçün şirkət fəaliyyət göstərə bilmir. Şirkətin gəliri olmadığı üçün tələbkar şəxsə ödəniş edə bilməmişdir. Gələcəkdə şirkət yenidən fəaliyyət göstərdiyi təqdirdə borcu ödəyəcəkdir. Borcun ödənilməsindən yayınmaq niyyəti yoxdur. Məhkəmə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1182/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-477/2023- 044 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4722/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-333/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1182/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 5100 (beş min yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X4 ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X4 ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-477/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 45036,4 manat (ƏDV xaric) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 205 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4722/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 93370,51 manat məbləğində əsas borc, 1493,24 manat faiz borcu, ödənilmiş 405 manat məbləğində dövlət rüsumu, ümumilikdə 95268,75 (doxsan beş min iki yüz altmış səkkiz manat 75 qəpik) məbləğində pul manat məbləğində pul tutularaq iddiaçı “Akrali Metal" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-333/2023-021 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədindən görünür ki, qarşılıqlı iddiaçı "xxxx" MMC-yə məxsus 1 ədədi 350 manat dəyərində olan 32 ədəd iskele 2.3-3.5 m, 1 ədədi 100 manat dəyərində olan 4 ədəd A tipi nərdivan (9 pilləli), 1 ədədi 120 manat dəyərində 4 ədəd A tipi nərdivan (11 pilləli), 1 ədədi 100 manat dəyərində olan 8 ədəd Məngənə (dəzgah tipi), 1 ədəd yararsız vəziyyətdə 380 v. qaynaq aparatı, 1 ədədi 250 manat dəyərində olan 1 ədəd 220 v. qaynaq aparatı, 1 ədəd yararsız vəziyyətdə olan pafta (vitrax). 1 ədədi 1400 manat dəyərində olan 1 ədəd yiv makinası (Rothenberger) , 6 ədəd dn 50 (2”) və 4 ədəd dn 40 (1 14”) ölçüdə boru açarlar qarşılıqlı cavabdeh “X7 Taahhüt ve Ticaret Anonim Şirketi”ndən alınaraq qarşılıqlı iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır.İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 124 manat pul məbləğinin 62 manat hissəsi ilkin iddiaçı, qarşılıqlı cavabdehdən, qalan 62 manat hissəsi isə ilkin cavabdeh, qarşılıqlı iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22,Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə "xxxx" MMC–nin rəhbəri Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla məhkəmə qətnaməsinin icra edilməsinə əməl etməmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, müvafiq olaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-477/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-333/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4722/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1182/2022- 022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə icraata həmin tarixlərdən başlanılmış və borclu "xxxx" MMC-yə tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim edilmişdir. İş materiallarında olan “bir neçə icra sənədinin ümumi icraata birləşdirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1182/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-477/2023- 044 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4722/2023-025 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-333/2023-021 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmiş və icra sənədlərinə vahid nömrə verilərək 268468/2022 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). Məhkəmədə müəyyən edilmişdir ki, "xxxx" MMC–nin rəhbəri Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. "xxxx" MMC–nin rəhbəri Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Konvensiyanın 6cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC–nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC–nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar