Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-542/2023 08.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, Hüquqi ünvanı ünvan 1əzi” PHŞ-nin 03 saylı şəhər poliklinikası (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ, TƏBİB, 03 saylı şəhər poliklinikası barəsində İXM-in 268.0.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN №0004118 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 03 saylı şəhər poliklinikasının X2 Şüalanma Mənbələri ilə fəaliyyəti üçün xüsusi icazəsi olmamışdır. Bununla da AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanının 3cü bəndinin tələbi pozulmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun əsassızdır. Belə ki, həm FHN bilmir ki kimin barəsində protokol tərtib etsin. Protooklda “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ, TƏBİB, 03 saylı şəhər poliklinikasının adlarını göstərib. Əslində TƏBİB və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ ayrı ayrı hüquqi şəxslərdir. 03 saylı şəhər poliklinikası ilə müstəqil hüqukqit şəxs deyildir, həmiin polikliniki “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ0nin respublikada mövcud olan çoxsaylı poliklinikalarından biridir və hər hansı hüquqi şəxs statusu yoxdur. Həmçinin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ isə dövlət qurumudur. Dövlət qurumu inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə də başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə inzibati xəta haqqında protokol, inzibati xətanın subyekti kimi “hüquqi şəxs” hesab edilərək “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 03 saylı şəhər poliklinikası barəsində tərtib edilsə də, həmin təşkilat İXM-nin müəyyən etdiyi subyekt kimi hüquqi şəxs deyildir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanı törədən şəxs, yəni inzibati xətanın subyektləri İXM-nin 16, 17, 18-ci maddələrində göstərilmiş subyektlərdir. İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən hüquqi şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Beləliklə, inzibati xətanın subyekti kimi “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 03 saylı şəhər poliklinikası hüquqi şəxs hesab edilərək, onun barəsində hazırkı protokol tərtib edilmişdir. Lakin həmin təşkilat dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatıdır. Beləliklə barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin müəyyən etdiyi, inzibati məsuliyyətə cəlb edilə bilən subyekt kimi hüquqi şəxs deyildir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Dövlət qurumunun hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb edilə bilməməsinin səbəbləri aşağıdakı normalarla əsasən diqqətə çatdırılır. İlk olaraq qeyd edilməlidir ki, hüquqi şəxslərin inzibati məsuliyyəti, fiziki və vəzifəli şəxslərin inzibati məsuliyyətindən fərqlidir, İXM-də müəyyən edilmiş əlavə əsaslandırma olmalıdır ki, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilsin. Belə ki, ümumiyyətlə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda sadalanan normaların hazırkı iş üçün əhəmiyyəti bundan ibarətdir ki, DÖVLƏT QURUMU barəsində protokol tərtib edildiyindən, həmin hüquqi şəxs işçisinin və ya vəzifəli şəxsinin hərəktləri və ya hərəkətsizliyi, o cümlədən törətdikləri inzibati xətaya görə, bunun müqabilində hüquqi şəxsin hər hansısa əlavə xeyri olarsa və ya marağı qorunarsa, yalnız və yalnız bu zaman hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin dövlət qurumunun fəaliyyəti xeyir götürməkdən və ya maraqlarının qorunması üçün işçilərini işlətməkdən ibarət deyildir. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün lazım olan məhz bu cür sübutetmə, məhz hüquqi şəxsə münasibətdə inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Hətta İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Əgər hüquqi şəxs həmin inzibati xətanı törətmişdirsə, onda inzibati tənbeh verilməlidir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi sübut təqdim etmək, inzibati xətanın törədilməsini təsdiq etmək səlahiyyətli orqanın vəzifəsidir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. İXM-nin 16-cı maddəsi fiziki şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən 16 yaşı tamam olmuş şəxslərin inzibati məsuliyyət daşıdığı qeyd edilib. Həmçinin həmin maddədə “əcnəbilərin”, “hərbi qulluqçuların” inzibati məsuliyyətini, hansı tənbehin verilməsinin mümkünlüyünü, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilməsini tənzimləyir. İXM-nin 17-ci maddəsi isə vəzifəli şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddənin qeydinə əsasən kimlərin vəzifəli şəxslər hesab edilməsi müəyyən edilmişdir. Lakin fiziki şəxslər və vəzifəli şəxslərdən fərqli olaraq, hüquqi şəxslərin inzibati məsuliyyətinin müəyyən olunmasının özünəməxsus xüsusiyyətləri vardır və bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Neçə ki, fiziki şəxsin inzibati məsuliyyəti yaranması üçün və fiziki şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olması üçün onun 16 yaşının tamama olması mütləq şərt kimi müəyyən edilmişdir, həmçinin vəzifəli şəxsin inzibati məsuliyyəti yaraması üçün və şəxsin vəzifəli şəxs hesab edilməsi üçün İXM-nin 17-ci maddəsinin Qeydində müəyyən edilmiş funksiyalar və səlahiyyətlərin yerinə yetirilməsinin mövcudluğu mütləq şərt kimi müəyyən edilmişdir, eləcə də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün İXM-nin 18.2-ci maddəsində mütləq şərt müəyyən edilmişdir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuliyyəti yalnız İXM-in 18ci maddəsi ilə müəyyən edilmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Protokolda ümumiyyətlə həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta nəticəsində hüquqi şəxsin hansı xeyir gördüyü (xeyirin nədən ibarət olması, nə qədər olması) və ya hüquqi şəxsin hansı marağının qorunduğu qeyd edilməmişdir. Bu barədə sübutlar ümumiyyətlə toplanılmamışdır ki, hüquqi şəxs hansısa xeyir gördü və ya hansısa marağı qorundu. Ehtimallara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Hüquqi şəxs inzibati xəta törətməsində təqsirli bilinirsə, onun təqsiri qanunla müəyyən olunmaş qaydada sübut olunmalıdır. Hazırkı iş üzrə qanunla müəyyən edilmiş qayda sübut olunma dedikdə, yəni həmin hüquqi şəxsin hansısa xeyir əldə etməsini və ya maraqlarının qorunmasının sübut olunması nəzərdə tutulur. Əgər işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta üzrə hüquqi şəxsin xeyri olmamışdırsa və ya hüquqi şəxsin hər hansısa maraqları qorunmamışdırsa, yəni işçinin və ya vəzifəli şəxsin ixtiyari bir inzibati xətasına görə hüquqi şəxsin təqsirli bilinməsi, ona oxşayır ki, yaşından asılı olmayaraq ixtiyari bir şəxs, hətta 03 yaşlı şəxs baş vermiş inzibati xəta hadisəsinə görə inzibati məsuliyyətə cəlb edilə bilər. Yəni 03 yaşlı şəxsin əməlində inzibati xəta tərkibi olmasa da, onun törətdiyi əməllə inzibati xəta hadisəsi baş vermişdirsə, belə çıxır ki, həmin 03 yaşlı uşaq inzibati məsuliyyətə cəlb edilməlidir. Eyni ilə şəxsin hər hansı bir vəzifəsi olmasa da, belə çıxır ki, ixtiyari bir şəxs vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilə bilər. Bu yanaşma inzibati məsuliyyətə və inzibati xəta tərkibinin əlamətlərinə formal yanaşıldıqda və bu cür formal yanaşmaya qanuni haqq qazandırdıqda, inzibati tənbeh mümkündür. Lakin İXM-yə əsasən formal əsaslara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Əgər işçi inzibati xəta törətmişdirsə, bu zaman həmin xəta nəticəsində hüquqi şəxs xeyir əldə etməmişdirsə və ya hüquqi şəxsin marağı qorunmamışdırsa, işçinin bu cür inzibati xətası hüquqi şəxsin inzibati məsuliyyətinin müəyyən edilməsində formal əsas kimi çıxış edir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Eyni ilə də hazırkı iş üzrə hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İXM-in 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxslər və ya işçilər hətta inzibati xəta törətsələr də belə həmin inzibati xətaya görə hüquqi şəxs o vaxt məsuliyyət daşıyır ki, qeyd edilən işçilərin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni qeyd edilən subyektlərin törətdiyi inzibati xətaya görə hüquqi şəxs hansısa xeyir görsün və ya hüquqi şəxsin hansısa maraqları qorunsun. Dövlət qurumunun fəaliyyəti isə qeyd edildiyi kimi, işçisinin və ya vəzifəli şəxsinin göstərdiyi xidmətə görə xeyir əldə etmək və ya maraqlarının qorunması üçün işçi işlətmək və ya vəziəli şəxs vəzifəyə təyin etməkdən ibarət deyildir. Dövlət qurumu hər hansı bir xeyir və maraq güdmədən, xidmət göstərməkdən ibarətdir. Həmçinin hüquqi şəxs onun maraqlarının “pozulması” üçün törədilmiş inzibati xətaya görə deyil, məhz İXM-nin 18.2-ci maddəsinə əsasən onun maraqlarının “qorunması” üçün törədilən inzibati xətaya görə məsuliyyət daşıya bilər. Ona görə də inzibati xəta “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törətməmişdirsə, hətta aşağıdakı hüquqi aktlar da hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Yəni əgər İXM-nin 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxslər və işçilərin törətdiyi inzibati xəta nəticəsindən “hüquqi şəxsin xeyri olmursa və ya onun maraqları qorunmursa”, həmin vəzifəli şəxslər və işçilər inzibati xətanı “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törətməmişdirsə, onda hüquqi şəxs qeyd edilən işçilərin törətdiyi inzibati xətaya görə hər hansı bir inzibati məsuliyyət daşımır və inzibati məsuliyyətə cəlb edilə bilməz. Hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu barədə sübutlar yoxdur. Belə bir sübut hazırkı iş üzrə mümkünsüzdür. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 03 saylı şəhər poliklinikası barəsində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-542/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-542/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver