Məhkəmə qərarları › İş №3(004)-5421/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5421/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5421/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Asiya Gülməmmədova, vəkili Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla bağlı X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən müvafiq araşdırma aparılmış və Şəxs MMC-nin barəsində xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, inzibati tənbehin verilməsi ilə əlaqədar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Asiya Gülməmmədova və cəmiyyətə hüquqi yardaım göstərən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə inzibati xəta haqqında tərtib edilmiş protokola etiraz edərək bildirmişlər ki,, X6 xx.xx.2024-cü il tarixdə könüllü olaraq işlərlə tanış olmaq üçün günün ikinci yrısında iş yerinə gəlmiş və xx.xx.2024-cü il tarixdə razılıq verərək işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək işə qəbul edilmişdir. Həmin tarixdən işçinin bütün əmək haqları və sosial sığorta ödənişləri vaxtı-vaxtında ödənilmişdir. Şəxs MMC-nin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 işlərə cəlb edilməsi halı olmamışdır. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində könüllü olaraq işlə və kollektivlə tanış olmaq məqsədilə iş yerinə getmiş və iş şəraitini özü əyani surətdə bir iki saat gördükdən sonra bəyəndiyi üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş və əmək müqaviləsi bağlanaraq işə qəbul edilmişdir. Onun Şəxs MMC ilə bağlı heç bir şikayət və tələbi yoxdur, Əmək Müfəttişliyinə ünvanlandığı şikayət protokolda qeyd edilən məsələ ilə bağlı olmamışdır. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-də sadəcə iş yeri barəsində təsəvvürünün olması məqsədi ilə, öz təşəbbüsü ilə getmişdir, orada olan ona heç bir iş həvalə edilməmişdir, onun tərəfindən işlər yerinə yetirilməmişdir. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X3 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə məninədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, bununla da AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozulmuşdur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə işəgötürən ("xxxx" MMC) arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə işəgötürən ("xxxx" MMC) arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş X6 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ərizədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nə reklam nümayəndəsi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizənin tarixi xx.xx.2024-cü il tarixidir. İş materiallarında olan X6 tərəfindən verilmiş ərizədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdən tutduğu vəzifəsindən azad edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 "xxxx" MMC-yə məxsus olan müəssisəyə xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində könüllü olaraq işlə və kollektivlə tanış olmaq məqsədilə iş yerinə getmiş və iş şəraitini bəyəndiyi üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş və əmək müqaviləsi bağlanaraq işə qəbul edilmişdir. Lakin bu zaman işəgötürən tərəfindən açıq-aşkar texniki səhvə yol verilərək əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. Qeyd olunan faktlar məhkəmə iclasında iştirak edən X3 ifadəsi ilə də təsdiq edilmişdir.Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, Arzu Heydərovanın işə qəbul edilməsi ilə bağlı MMC-yə təqdim etdiyi ərizəsindəki əzizənin verilmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə qeyd edir ki, inzibati protokola və ona əlavə edilmiş sənədlərdə X3 həqiqətən də xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən MMC tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən heç bir mötəbər sübut əlavə edilməmişdir. Digər tərəfdən inzibati protokolda hüququ pozulmuş şəxs kimi adı qeyd edilmiş A.Heydərova xx.xx.2024-cü il tarixdə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsini məhkəmə iclasında bildirmişdir. Üzərində sübutetmə yükü olan inzibati protokol tərtib etmiş inzibati orqan bu dəliləri təkzib edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, A.Heydərovanın qeyd olunan məzmunda vermiş olduğu izahatı mötəbər və təkzibolunmaz sübutdur, sözügedən inzibati xətanın həqiqətən də baş verib verməməsinin müəyyən edilməsi yalnız həmin sübutla müəyyən oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, əmək müaviləsinin bildirişində işəgötürən tərəfindən işə başlama tarixi kimi xx.xx.2024-cü ilin göstərilməsi halı açıq-aşkar texniki səhv səbəbindən olmuşdur və A.Heydərova xx.xx.2024-cü il tarixdə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hüquqi şəxsin sözügedən həmin xətanı törətməkdə marağının olması, yəni bir gün sonra əmək müqaviləsi bildirişinin qeydiyyata aldıraraq işə cəlb edəcəyi şəxsi qanunsuz olaraq işə cəlb edib özü üçün ağır inzibati məsuliyyət yaratması kimi bir iradəsinin olması ağlabatan və inandırıcı hesab edilə bilinməz. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətada inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3 və 4-cü hissələrinə əsasən heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.2-ci maddəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin barəsində əmək müqaviləsi hüquqi qüvvəyə mnimədən fiziki şəxsin işlərin görülməsinə cəlb edilməsinə dair tərtib olunan protokol əsassızdır və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavsitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar