Məhkəmə qərarları › İş №3(004)-5427/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5427/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5427/2024 24.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23972114 saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23972114 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət yol polisi əməkdaşı tərəfindən ünvan 1 ünvanında xx.xx.2024 tarixində ona məxsus ** MT *** dövlət nömrə nişanlı avtomobilinə "İnzibati xətalar məcəllə"sinin 346.9. (Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə) maddəsinə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin ərazi yaşayış binalarının həyətyanı sahəsidir və ərizəyə əlavə etdiyi şəkillərdən də aydın şəkildə görsənir ki, avtomobilini park etdiyi hissə heç də piyadaların hərəkət üçün istifadə etdiyi səki deyil. Çünki, şəkillərdən də göründüyü kimi avtomobilinin dayandığı hissədən sonrakı hissə ümumiyyətlə piyada hərəkətinə yararlı deyil. Həmin hissədə asfalt örtüyü yoxdur və hissənin davamında MKİs idarəsinin yerləşdirdiyi tullantı yeşikləri durur. Bu səbəbdən piyadalar həmin ərazidə digər şəkildə də göründüyü kimi, digər hissədən tam rahat şəkildə, böyür-böyürə 6, hətta 8 nəfər olmaqla qruplar şəklində də hərəkət edə bilir və hərəkət üçün daim o hissədən istifadə edirlər. Həmçinin qeyd edir ki, bu ərazidə yolun hərəkət hissəsində də parklanmaya icazə verilir. Sadəcə o və onun kimi daim bu əraziyə gələn digər vətəndaşlarda, avtomobillərin və həmçinin piyadalarında hərəkətinə mane olmamaq xatirinə, ərazidə bu cür daha uyğun yerlər seçərək parklanma edirlər. Bunu etməkdə məqsəd isə ətrafımızdakılara hörmət etməkdən başqa bir şey deyil. Yol kənarında saxladığı təqdirdə yolda sıxlıq yaranır və yolun həmin hissədə qalxış bucağı çox olduğu üçün avtomobillərin qəza etmə ehtimalıda çox olur. Qeyd etdiklərini və şikayətinə əlavə etdiyi fotoşəkilləri də nəzərə alaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23972114 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətinin məzmununa uyğun ifadə verərək şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23972114 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısı X2 dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23972114 saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə İXM-in 346.9-cu maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23972114 saylı inzibati tənbeh verilməsi haqqında qərarında qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, şəkillərdən gürünür ki, avtomobil yolun hərəkət hissəsinin kənarında piyadalar üçün nəzərdə tutulmuş səkidə park edilmişdir. Həmin yerdə avtomobillərin park edilməsinə icazə verən nişan mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin şikayətdə göstərilən hallar inzibati xətanı istisna edən hallar deyildir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23972114 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar