Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-543/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Məmmədovun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və Bakı Yasamal RPİ-nin DYPŞ-nin YPX polis baş leytenantı X4 və X6 haqqında xidməti təhqiqatın aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdimat verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, 22 dekabr 2022-ci il tarixində saat 22:30 radələrində yaşadığı binanın qarşısında tanımadığı motosiklet sürücüsü onunla mübahisə etmiş və 102 zəng xidməti ilə əlaqə saxlayaraq polis əməkdaşlarını dəvət etmişdir. Həmin əraziyə gələn polis əməkdaşları onun şəxsiyyətini müəyyən etdikdən sonra ona güya içkili olaraq avtomobil idarə etdiyinə görə binanın qarşısında dayanmış vəziyyətdə olan Toyota Prius minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına aparılmış və barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 333.1-ci maddələrinə əsasən ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş həmin protokol əsasında iştirakı olmadan xx.xx.2022-ci il tarixində hər 2 maddə ilə təqsirli bilinərək tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddələrinə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli tənbeh vermə haqqında qərar ləğv edilməli başlanmış inzibati xəta haqqında icraata xitam verilməklə protokol və qərar qəbul etmiş şəxslər haqqında xidməti təhqiqatın aparılması üçün təqdimat verilməlidir. Şikayətini aşağıdakılarla əsaslandırır: Birinci hal: yuxarıda qeyd etdiyi kimi o, sərxoş halda avtomobili idarə etməmiş, lakin buna baxmayaraq barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol və tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Maddənin tələbindən göründüyü kimi yalnız şəxs nəqliyyat vasitəsini idarə edərkən kənarlaşdırılmalı tibbi müayinəyə göndərmək barədə protokol tərtib edilməlidir. Bildirir ki, hadisə yerinə gələn polis əməkdaşları hər hansı protokol tərtib etmədən ona qarşı qanunsuz hərəkətlər etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokol vaxtında yəni ehtimal olunan xətanın baş verdiyi an dərhal tərtib edilməmişdir. İkinci hal: ondan ibarət olmuşdur ki, hər hansı araşdırma aparmadan Yasamal RPİ-nin DYPŞ-nin rəisi Məmməd Əliyev tərəfindən iştirakı və hüquqları təmin olunmadan barəsində xx.xx.2022-ci il tarixində tənbeh vermə haqqında qərar qərar qəbul edilmişdir. Üçüncü hal: ondan ibarət olmuşdur ki, barəsində qəbul edilmiş tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın çıxarılma qaydası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrində təsbit edilmişdir. Qəbul edilmiş qərarın nətcə hissəsi yəni qərara alınır da AR İXM-nin 327.7 və 333.1-cı maddəsi təsbit edilmiş halbuki orada AR İXM-nin 114.1.1-ci maddəsinə əsasən qərar qəbul edilməli idi. Digər tərəfdən AR İXM-nin 115-ci maddəsinin tələblərinə tam olaraq riayət edilməmiş yəni işin müəyyən edilmiş halları qərarda öz əksini tapmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və Bakı Yasamal RPİ-nin DYPŞ-nin YPX polis baş leytenantı X4 və X6 haqqında xidməti təhqiqatın aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdimat verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X8 İXM-in 327.7 və 333.1-ci maddələri ilə təqsirli bilinmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-543/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-543/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver