Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5431/2023 20.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə rəisi Eldəniz Hüseynovun, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Masallı, Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, müvəqqəti işsiz, ünvan 1 ünvanında yaşayan və Masallı rayonu, Mahmudavarərazi dairəsi, Mahmudavar kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsindən daxil olmuş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə münasibətdə olduğu X3 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə rəisi Eldəniz Hüseynov bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Şəxs ilə münasibətdə olduğu X5 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu mübahisə zamanı Şəxs X1 qoluna dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs izahatında göstərdi ki, 7 ilə yaxındır ki, sevgi münasibətlərində olduğu Leyla İsayeva üçün darıxdığına görə onu görmək və söhbət etmək məqsədi ilə yaşadığı binanın 17ci mərtəbəsinin balkon hissəsində gözləmişdir. Etiraf edir ki, ondan əvvəl 200 qram spirtli içki qəbul etmişdir. Bundan sonra onu görmək həvəsi daha da artmışdır. xx.xx.2023-cü il tarixdə saat 22:50 radələrində yaşadığı 17-ci mərtəbədə balkonda onu gözləyirdi. Bir neçə dəqiqədən sonra onun liftdən çıxdığını görüb qonşusu ilə söhbət edib sağollaşmasını gözləyəndən və qonşusunun öz mənzilinə daxil olub çöl qapını örtdüyündən sonra balkonun dəmir qapısını açıb Leyla İsayevaya tərəf getmişdir. Ona sözü olduğunu söyləmişdir. Leyla isə uzaqlaşmaq istəyən zaman onun sol qolunun bilək nahiyyəsindən yapışaraq özünə tərəf çəkmişdir. Bu zaman ona fiziki ağrı yetirmişdir. Etiraf edir ki, bundan əvvəl söz vermişdi ki, gələcəkdə bir daha keçmiş sevgilisi Leyla İsayevanı narahat etməyəcək. Lakin, buna baxmayaraq onun yaşadığı mənzilə qalxıb narahat etdiyinə və bunun nəticəsi olaraq ona fiziki ağrı yetirməyinə görə səmimi peşmandır. Sonuncu dəfə söz verir ki, gələcəkdə bir daha Leyla İsayevanı narahat etməyəcək. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, 12 oktyabr 2023-cü il tarixdə saat saat 22:50 radələrində yaşadığı 17-ci mərtəbədə balkonda onu gözləyərək onu narahat etmiş və onunla mübahisə edib sol qoluna xəsarət yetirmişdir. Bu halın 1-ci dəfə olmadığını hər dəfə onu bağışladığını bildirərək, artıq bu dəfə Şəxs barəsində qanuni ölçü götürülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı polis mayoru Zamiq Kərimov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X2 Yasamal RPİ-nin 27-ci PŞ-nə ünvanladığl şikayəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Material üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 1212 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş X2 bədəni üzrərində müəyyən edilmiş xəsarətlər sol bazunun qançırı, sol saidin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 12 oktyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin sahə inspektoru Eldəniz Hüseynov tərəfindən tərtib edilmiş MN ******* saylı, 20.2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs yetkinlik yaşına çatmayan uşağının olnmasını onun barəsində yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5431/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5431/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver