Məhkəmə qərarları › İş №3(004)-5434/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5434/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5434/2023 20.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı ilə, xx.xx.1965-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərara əsasən ünvan 2 ünvanında yaşayan X6 yaşadığı ünvanın qarşısında Yasamal rayonu 61 saylı MKİS-in rəisi X2 onunla mübahisə edərək boğaz nahiyyəsindən əli ilə tutaraq sıxması və xəsarət yetirməsi barədə Ysamal RPİ-nin 26-ci PB-nə yazmış olduğu ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilmiş və aparılmış araşdırma zamanı həmin materialda inzibati xəta aşkar edildiyindən inzibati qaydada müvafiq qərar qəbul edilməsindən ötrü material ayrılmışdır. Bununla da O.Qəhrəmanov Azərbaycan Respublikasının İXM-nin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X8 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2023-cü il tarixli qərarı müdafiə edərək, X3 barəsində qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 bildirmişdir ki, X9 61 saylı MKİS-in ərazisi olan M,F,Axundov küçəsi 87 ünvanda yaşayır. Fuad həminərazidə köhnə məişət əşyaları sataraq küçə ticarəti ilə məşğul olmuşdur. 03 avqust 2023-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin göstərişi əsasında yol kənarlarında və yaşayış mənzillərinin qarşısına qoyulmuş kənar əşyaların, yəni məişət əşyaları, su bidonlarının, təkər, plasmas əşyaların yığışdırılması məqsədilə MKİS-in əməkdaşları zibil maşınları ilə birlikdə ərazidə təmizlik işləri aparırdı. M,F.Axundov küçəsi 87 ünvanında yaşayan Məmmədov Fuad dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq sonuncu həmin o ünvanın qarşısını anti sanitar vəziyyət yaratmaqla orda küçə ticarəti ilə məşğul olmuşdur. MKİS-in əməkdaşları həmin mənzilin qarşısındakı taxta parçaları və su bidonlarını maşınlara yüklədikdə Fuad onları nalayiq ifadələrlə təhqir edərək maneçilik törətmişdir. Bu səbəbdən öz işlərini görə bilməyən əməkdaşlar ona bu barədə məlumat verdikdən sonra o, özü həmin ünvana gələrək Fuad onunla münaqişə yaratdı. Əli ilə yaxasındsan tutaraq nalayiq ifadələr işlətdi. O isə öz növbəsində Fuadı itələyərək özündən uzaqlaşdırdı. Göstərilənləri nəzərə alaraq barəsində yünqül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirli “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin Yasamal rayon şöbəsindən daxil olmuş 04 avqust 2023-cü il tarixli, 908 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyunun qançırı, saö ayağın bayır topuğun sıyrığı küt əşyanın təsirindən törınmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlədilər,sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2023-cü il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, X3 həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar