Məhkəmə qərarları › İş №3(004)-5434/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5434/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5434/2024 23.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 23773459 saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə ona AR İXM-nin 346.2-ci maddəsinə əsasən EQ 23773459 nömrəli qərara əsasən 40 manat məbləğində cərimə və 2 cərimə balı yazılmışdır. Hesab edir ki, bu qərar əsassızdır. Belə ki, 10ST838 d.n.n avtomobil üçün ona etibarnamə verilsə də, lakin o, həmin vaxt və həmin ərazidə bu avtomobili idarə etməmişdir və inzibati xəta törətməmişdir. Ola bilsin həmin vaxt ya avtomobilin mülkiyyətçisi, ya da onun etibar etdiyi digər şəxs avtomobili idarə etmiş və inzibati xəta törətmişdir. O, dərhal “ASAN Pay” internet portalı vasitəsilə AR DİN-nin BDYPİ-nə, həmçinin AR Daxili işlər Nazirliyinin internet saytı vasitəsilə Bakı şəhər DYPİ-nə barəmdə yazılmış cərimənin silinməsi üçün müraciət etsə də, lakin onlar tərəfindən heç bir araşdırılma aparılmamış və ona cavab verilməmişdir. Buna görə hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir daha bildirir ki, barəsində yazılmış cərimə qərarı tam əsassızdır. Belə ki, “ASAN Pay” internet portalına yerləşdirilmiş ehtimal olunan inzibati xəta barədə fotolardan inzibati xətanın onun tərəfindən törədilməsi sübut olunmur və kim tərəfindən törədilməsi məlum deyil. Barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23773459 nömrəli qərar əsassız olduğundan ləğv edilməsini, ona yazılmış cərimə məbləği və cərimə balının silinməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 23773459 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən X5 24 sentyabr 2024-cü il tarixdə saat 15:54 radələrində “BYD QİN PLUS PLUG-İN HİBRİD minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, İ.Talıblı küçəsində “dayanma və durma qaydalarını pozduğuna” görə İXM-in 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İşə baxılarkən iş materiallarına əlavə edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş fotoşəkildən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:28 radələrində, yəni inzibati xətanın törədildiyi gün **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili məhz həmin xanım idarə etmişdir. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 23773459 saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar