Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5436/2023 20.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi ünvanı AZ1065, ünvan 1ONTİNENT İNŞAAT” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət 35403.59 (otuz beş min dörd yüz üç avro 59 sent) Avro məbləğində vəsaiti 29 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 35403.59 (otuz beş min dörd yüz üç avro 59 sent) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 30 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, xaricə köçürülmüş pul məbləği ekvivalentində mallar hissə-hissə ölkəyə idxal edilmişdir və bununla ağlı gömrük bəyannamələrini məhkəməyə təqdim edib. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə “TR37 0006 2000 4480 0009 0221 13” hesabına qabaqcadan 35403.59 (otuz beş min dörd yüz üç avro 59 sent) Avro məbləğində ödəniş edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilən gömrük bəyannamələri ilə bağlı məhkəmə qeyd edir ki, onlardan **********2313 və **********1003 sorğu nömrəli Gömrük bəyannamələrindən başqa təqdim edilən digər bəyannamələrin Azərbaycan Respublikası Mərkəzi Bankının 17 oktyabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilmiş tarixdən yəni pul vəsaitinin xaricə köçürüldüyü 29 sentyabr 2021-ci ildən əvvəlki tarixə təsadüf edir və ona görə də hazırkı işlə bağlı xaricə köçürülmüş vasaitlə bağlı nəzərə alına bilməz. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **********2313 və **********1003 sorğu nömrəli Gömrük bəyannamələrinin də "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə “TR37 0006 2000 4480 0009 0221 13” hesabına qabaqcadan ödənilmiş 35403.59 (otuz beş min dörd yüz üç avro 59 sent) Avro məbləğində pul vəsaiti ilə əlaqəli deyildir. Beləliklə, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2023-cü il tarixli, 6-2/2-880/2023 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 35403.59 (otuz beş min dörd yüz üç avro 59 sent) Avro məbləğinin 20 faizi miqdarında, yəni 7080.71 (yeddi min səksən avro 71 sent) Avro məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5436/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5436/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver