Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5439/2023 20.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X3 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Ağdam rayonu, Boyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 20 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 28030 manat tutularaq X7 ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 12100 manat tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 18279 manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6302/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 28000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddia qismən təmin edilmişdir. İddiaçı X8 və cavabdeh Şəxs arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsi ləğv edilsin. Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsi üzrə iddiaçı X1 ödədiyi 17.600 manat pul, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş 179 manat dövlət rüsumu olmaqla, cəmi 18.279 (on səkkiz min iki yüz yetmiş doqquz) manat pul cavabdeh Şəxs alınaraq iddiaçı X5 ödənilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmışdır. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Borclu icra sənədlərinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və maddi çətinliyə görə borcu tam şəkildə ödəyə bilməmişdir. Göstərilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona 28030 manat ödənilməli olduğunu bildirmişdir. Həmin borcu tam şəkildə tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona 12100 manat ödənilməli olduğunu bildirmişdir. Həmin borcu tam şəkildə tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 28000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış və 23 avqust 2023-cü il tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış və 23 avqust 2023-cü il tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmişdir. İddiaçı X8 və cavabdeh Şəxs arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsi ləğv edilsin. Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsi üzrə iddiaçı X1 ödədiyi 17.600 manat pul, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş 179 manat dövlət rüsumu olmaqla, cəmi 18.279 (on səkkiz min iki yüz yetmiş doqquz) manat pul cavabdeh Şəxs alınaraq iddiaçı X5 ödənilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış və 23 avqust 2023-cü il tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6302/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 28000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddia qismən təmin edilmişdir. İddiaçı X8 və cavabdeh Şəxs arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsi ləğv edilsin. Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 24 iyul 2020-ci il tarixli 3M-1312 reyestr nömrəli podrat müqaviləsi üzrə iddiaçı X1 ödədiyi 17.600 manat pul, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş 179 manat dövlət rüsumu olmaqla, cəmi 18.279 (on səkkiz min iki yüz yetmiş doqquz) manat pul cavabdeh Şəxs alınaraq iddiaçı X5 ödənilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmiş və izahatında bildirmişdir ki, maddi imkanının zəif olması ilə əlaqədar ödəniş edə bilməmişdir. İcra sənədi bugünədək tam icra olunmur. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5439/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5439/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver