Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-544/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin nümayəndəsi polis sahə inspektoru X5, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Yasamal RPİ-nin 27-ci PB-nin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Polis Şöbəsinin 19 yanvar 2023-cü il tarixli, 3 MN ******* saylı qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə olunmuşdur. Belə ki, onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Onun hadisədə heçbir təqsiri olmayıb və onun haqqında heç bir şikayət olunmayıb. O ailəsi ilə birlikdə başqa bir insanın idarə etdiyi avtomobillə evə gedərkən başqa bir avtomobil sahibi ilə arasında ilk öncə sözlü münaqişə olmuş və maşında olarkən söyüş söyməyə başlamışdır. Bu zaman o maşından düşərək nalayiq ifadələr işlətməsinin qarşısını almağa çalışmış, lakin həmin şəxs buna baxmayaraq nalayiq söyüşlər söyməyə başlamışdır. Onun bu münaqişədə heç bir təqsiri olmayıb. Həmin vaxt polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları iki tərəfidə ayırmağa çalışmış lakin, bu dəfə də qarşı tərəf polis əməkdaşlarına tabe olmamış və onlara qarşı nalayiq sözlər işlətməyə və onları təhqir etməyə başlamışdır. Polislər həmin şəxsi bölməyə aparmaq istədiyi zamanda müqavimət göstərməyə başlamışdır. Polislər ondan xahiş etmişdir ki, onlarla birlikdə bölməyə yaxınlaşsın münaqişəni gördüyü üçün izahat yazsın. O polis bölməsinə getdiyi zaman sadəcə münaqişəni gördüyü üçün izahat yazmış və qarşı tərəfdə münaqişədə onun bir səhvinin və ya ona qarşı bir şikayətinin olmadığnı bildirmişdir. Lakin, polis qərəzli olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Yekun olaraq o, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə olan 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərinə uyğun izahat verərək Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi tərəfindən qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin nümayəndəsi X6 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, hadisə baş verən zaman, yəni 19 yanvar 2023-cü il tarixdə orada olmamışdır və sadəcə raport əsasında materialı üzrə protokol tərtib etmişdir. Bundan sonra 27-ci polis bölməsinin rəisi tərəfindən X12 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq X12 barəsində 27-ci PB tərəfindən qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının tam əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 27-ci PBnin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasən X12 19 yanvar 2023-cü il tarixdə xırda xuliqanlıq etmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PB-nin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X12 barəsində tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri V.Ağakişiyev və İ.Quliyev tərəfindən Yasamal RPİ-nin 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü ildə saat 13:25 radələrində inzibati ərazidə xidmətdə olarkən Tbilisi prospektində iki nəfər şəxsin mübahisə etdiyini görmüşlər. Dərhal onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Mübahisə edən vətəndaşların X10 və X12 olduğunu aydınlaşdırmışlar. Onları nizam-intizama dəvət etmiş lakin X10 polis əməkdaşlarına “Siz kimsiniz gedin işinizlə məşğul olun” demişdir. Dəfələrlə nizam intizama dəvət etsələrdə onlara qışqıraraq “Siz heç kimsiniz” demişdir. Sakit formada polis maşınına əyləşməyi xahiş edilmiş lakin bir daha polis əməkdaşlarına uca səslə qırqıraraq heç hara getməyəcəyini bildirmişdir. Həmin şəxs 27-ci polis bölməsinə təmin edilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və iş materialları məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, X12 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən sadəcə raport əsasında heç bir sübut toplanmadan və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 izahatında göstərdiyi halları təkzib edən halları müəyyən etmədən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Yasamal RPİ-nin 27-ci polis bölməsində istər protokolun tərtib olunması, istərsə də X8 barəsində qərarın qəbul olunması üçün əsas sadəcə raport olmuşdur. Halbuki raportda belə X8 xırda xuliqanlıq əməlini, ümumilikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərini ehtiva edən hərəkətləri törətməsi qeyd edilməmişdir. Həmin raportda yalnız X7 qanunazidd hərəkətləri təsvir edilmişdir. Bundan əlavə qeyd edilir ki, X8 barəsində tərtib olunmuş protokolda onun təqsirini sübut edən hallar barədə heç bir qeyd aparılmamış və protokolun sübutların qeyd olunmalı olduğu bölümü boş saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 79-cu maddəsinə əsasən - zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilməlidir. Bundan əlavə 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X12 19 yanvar 2023-cü il tarixdə xırda xuliqanlıq əməlini törətmişdir. Lakin inzibati iş materiallarında X8 19 yanvar 2023-cü il tarixdə hər hansı xuliqanlıq əməlini törətməsi öz əksini tapmır. Göründüyü kimi Yasamal RPİ-nin 27-ci polis bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda X8 izahatında göstərdiyi xüsusatları təkzib edən sübutlar öz əksini tapmamışdır və X8 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 510-cu (Xırda xuliqanlıq) maddəsinin tərkibi yaranmamışdır. Məhkəmə qeyd edir ki, belə olan halda, X12 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən 19 yanvar 2023-cü il tarixdə X12 xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Lakin həmin qərarı qəbul etmiş orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, X8 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X8 şikayəti təmin olunsun. X12 barəsində qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi tərəfindən qəbul edilmiş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X8 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-544/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-544/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver