Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5440/2025 20.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş EXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə barəsində şikayət verilmiş inzibati xəta haqqında iş üzrə qərarın surəti iş materiallarına əlavə edilməmişdir, məhkəməyə göndərilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qərarın surətinin alınması üçün şikayətçinin özünün səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etməsi, lakin qərarın surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut da əlavə edilməmişdir. Şikayətçi özü qərarın surətinin alınması üçün həmin səlahiyyətli orqana müraciət etməli, qərarın surətini aldıqdan sonra, məhkəməyə həmin qərardan şikayət verə bilər. Əgər səlahiyyətli orqan qərarın surətinin şikayətçiyə verilməsindən imtina edərsə, şikayətçi yuxarı səlahiyyətli orqana müraciət edə bilər. Göstərilən xüsusatlar hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 inzibati xəta haqqında iş üzrə barəsində Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş EXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Qərardaddan şikayət və ya prosest verilə bilməz. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5440/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5440/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver