Məhkəmə qərarları › İş №3(004)-5448/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5448/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5448/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 54, mənzil 4 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********6773 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli **********9182 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, müvafiq olaraq 2434.00 və 112.68 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Bununla da o, İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, №00800-00558/23 (EP 0121531) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X2 bildirmişdir ki, **********6773 sorğu nömrəsi olan bəyannamə əsasında mallar Rusiya Federasiyasının, İnquşetiya Respublikasının Nazran şəhərinə EMS poçt xidməti vasitəsilə ixrac olunmuş lakin alıcı şəxs malları gömrükdən təhvil almaqdan imtina etmişdir. İxrac olunan mallar Rusiya Federasiyasının EMS poç xidməti tərəfindən geri qaytarılmışdır. Buna görə də həmin sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların ixracı üçün nəzərdə tutulan ödənişin hesaba daxil olmaması inzibati xəta tərkibi yaratmır. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin sanksiyasına əsasən inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyərək qənaətə gəlir ki, EP ******* saylı inzibati xəta haqqında protokolun xx.xx.2020-ci il tarixli **********9182 sorğu nömrəli gömrük bəyannaməsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi müddəti keçdiyindən bu hissədə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki iş materiallarından görünür ki, Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar bağladığı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli **********9182 sorğu nömrəli gömrük bəyannaməsi ilə LNS-markalı mexaniki göstəricisi olan 53 ədəd saat ixrac etmişdir və “Valyuta tənzimi haqqında” Qanuna əsasən göndərilmiş mala dair vəsait 180 gün (6 ay) ərzində yəni 22 dekabr 2020-ci il tarixədək müvəkkil banka köçürülməli olduğu halda bu baş verməmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin baş verdiyi (törədildiyi) 22 dekabr 2020-ci il tarixdən hazıradək bir ildən artıq bir müddət keçmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Göründüyü kimi həmin maddəyə əsasən inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti maksimum 01 il müəyyən edilmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xx.xx.2020-ci il tarixli **********9182 sorğu nömrəli gömrük bəyannaməsi ilə bağlı hissədə xitam verilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokolun **********6773 sorğu nömrəli gömrük bəyannaməsi üzrə hissəsində isə «LNS-Team” MMC-nin həmin inzibati xətanı törətməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir.Ona görə də həmin hissədə inzibaiti məsuliyyətə cəlb edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, xx.xx.2022-ci il tarixli **********6773 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xəta tərkibi olmadığından QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış EP ******* saylı inzibati xəta haqqında protokolun xx.xx.2020-ci il tarixli **********9182 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xəta tərkibi olmadığından inzibati icraata xitam verilsin. Şəxs MMC EP ******* saylı inzibati xəta haqqında protokolun xx.xx.2022-ci il tarixli **********6773 sorğu nömrəli gömrük bəyannaməsi üzrə İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş, 112.68 ABŞ dollarının 30% məbləğində, yəni 33,80 (otuz üç dollar 80 sent) ABŞ dolları (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar