Məhkəmə qərarları › İş №3(004)-5454/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5454/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5454/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhər Yasamal RPİ-nin DYP-nin inspektoru X2, barəsində qəbul edilmiş qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Yasamal Rayon DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X1 Rayon Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon DYPİ tərəfindən onun barəsində çıxarılmış qərarla razı deyil, və hadisənin yenidən araşdırılaraq düzgün qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ona verilmiş suala cavab olaraq Y.Ömərov bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 22:10 radələrində M.Seyidov və N.Hikmət küçələrinin kəsişməsində idarə etdiyi Toyota Prius minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə heç bir qayda pozuntusu törətmədiyindən Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı əsassızdır. Buna görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Yasamal Rayon DYPŞ-in polis kapitanı X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal Rayon DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda qeyd etdiklərini əsaslandırmaq üçün hadisənin video görüntülərinin əks olunduğu diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Yasamal Rayon DYPŞ-in polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə 22:10-da M.Seyidov və N.Hikmət küçələrinin kəsişməsində idarə etdiyi Toyota Prius minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu səbəbdən də, onun barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı protokol tərtib edilmiş həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Yaşar Ömərov özünə məxsus Toyota Prius minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən xx.xx.2023-cü il tarixdə 22:10 radələrində M.Seyidov və N.Hikmət küçələrinin kəsişməsində inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V- ci hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsaəsn Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Yasamal Rayon DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Yasamal Rayon DYPŞ-in xx.xx.2023-cü il tarixli TP ******* nömrəli nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar