Məhkəmə qərarları › İş №3(004)-5457/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5457/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5457/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Şəxs MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş 24 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, YRM-nın 16(004)-368/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs ilə Şəxs MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Q.Əhmədov küçəsi yüksək mərtəbəli yaşayış binasının işnşasına dair bağlanmış xx.xx.2022-ci il tarixli ortaqlıq müqaviləsi üzrə öhdəliklərin icra olunmasına dair məhdudiyyətlərin yaradılması, həmçinin ərizəçi Zərərçəkmiş şəxs Şəxs MMC-nin ofisinə giriş-çıxışına yönəlmiş maneələr Şəxs MMC-yə qadağan edilmişdir. Nəticədə Şəxs MMC-nin rəhbəri X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Yasamal rayon icra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev tərəfindən verilmiş məktubdan müəyyən edilir ki, göndərilmiş protokolda texniki səhvə yol verildiyindən protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin rəhbəri X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair materiallar Bakı şəhəri Yasamal rayon icra şöbəsinə geri qaytarılmalıdır. Göstərilən xüsusatlar hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal rayon icra şöbəsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar