Məhkəmə qərarları › İş №3(004)-546/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-546/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-546/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi ilə, Həsənov İnal Adıgözəl oğlunun Azərbaycan Respublikası DİN-in MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli qərardan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: Həsənov İnal Adıgözəl oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli qanunsuz və əsassız tərtib edilmiş protokolun və qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və əsassız yazılmış cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Həsənov İnal Adıgözəl oğlu Azərbaycan Respublikası DİN-in MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də, həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Buna görə də, MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli qərarın konkret olaraq hansı orqan tərəfindən qəbul edilməsini, ümumiyyətlə həmin qərarın mövcud olmasını müyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, Həsənov İnal Adıgözəl oğlunun Azərbaycan Respublikası DİN-in MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli qərarından verdiyi şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Həsənov İnal Adıgözəl oğlunun Azərbaycan Respublikası DİN-in MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli qərarından verdiyi şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar