Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-546/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi, X1nun iştirakı ilə, X1 tərəfindən barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, EQ seriyalı, 18885878 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən AR İXM-nin 339.1- 1-ci maddəsi ilə qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, EQ seriyalı, 18885878 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işə Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan ***-***-**-** telefon nömrəsinə sms vasitəsilə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə cərimələnməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 18885878 nömrəli elektron qərar barədə məlumat göndərilmişdir. Belə ki, həmin qərarla ona görə təqsirli bilinmişdir ki, o, “Hyundai Accent” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. Qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 2-ci yarımbəndinə əsasən həmin Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (həmin maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə texniki baxışdan keçirilməlidir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, nəqliyyat vasitəsi texniki baxışdan keçmək üçün onun istehsal tarixi əsas götürülür. Ona məxsus olan “Hyundai Accent” markalı **- RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci ildə istehsal edilməsi nəzərə alınsa o, Qanunun tələbini pozmamış və “Hyundai Accent” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün cari ilin oktyabr ayının 10-na qədər vaxtı mövcud olmuşdur. Şikayətçi həmçinin qeyd etmişdir ki, daima yol hərəkəti qaydalarına riayət edir və hazırda cəriməsi yoxdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş DYPİ-si tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və ünvan 1 ünvanında qeydiyyatda olduğunu nəzərə alaraq işə Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənləri müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, barəsində şikayət verdiyi Azərbaycan Respublikası DİN Baş DYPİ-si tərəfindən tərtib edilmiş EQ seriyalı 18885878 nömrəli qərar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə tamamilə ziddir. Belə ki, o, istehsal tarixi xx.xx.2018-ci il olan “Hyundai Accent” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həmin ilin noyabr ayında əldə etmişdir. Qanunun tələbinə görə ona məxsus nəqliyyat vasitələrinə istehsal olunduğu vaxtdan dörd il keçdikdən sonra əlavə iki il müddət ərzində bir dəfə texniki baxış keçirilməlidir. Ona məxsus nəqliyyat vasitəsinin istehsal tarixinin xx.xx.2018-ci il olduğunu, 4 il müddətin xx.xx.2022-ci il tarixdə və növbəti iki ilin isə xx.xx.2024-cü il tarixdə bitməsini əsas gətirərək hesab edir ki, onun xx.xx.2024-cü il tarixdək baxışdan keçirmək hüququ var. Ona görə də, tərtib edilmiş EQ 18885878 nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, EQ seriyalı, 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 08 yanvar 2024-cü il tarixli, EQ seriyalı, 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X5 barəsində “Hyundai Accent” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 08 yanvar 2024-cü il tarixdə EQ seriyalı, 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 50 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası DGK tərəfindən təsdiq edilmiş “Commercial İnvoice”-dən müəyyən edilir ki, X4 məxsus “Hyundai Accent” markalı nəqliyyat vasitəsinin istehsal ili xx.xx.2018-ci ildir. “X10 Formu”ndan müəyyən edilir ki, X5 “Hyundai Accent” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2018-ci il tarixdə almışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin Vİ hissəsinin 2-ci yarımbəndinə əsasən, həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin Vİ hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə texniki baxış keçirilir. Yəni, nəqliyyat vasitəsi istehsal olunduğu tarixdən 4 il keçdikdən sonra ilk dəfə texniki baxışdan keçirilməli, növbəti dəfələrdə isə 2 ildən bir texniki baxış keçirilməlidir. Həmin Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 2-ci yarımbəndin də həmçinin qeyd olunur ki, növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Beləliklə, qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, minik tipli nəqliyyat vasitələri istehsal tarixindən dörd il keçdikdən sonra texniki baxışdan keçirilməli, sonuncu baxış tarixindən sonrakı iki ilin son tarixinədək isə növbəti texniki baxışdan keçirilməlidir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, “Hyundai Accent” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə istehsal edilmiş, texniki baxışdan keçirmək üçün əsas olan 4 il müddət isə xx.xx.2022-ci il tarixdə bitmişdir. Buna baxmayaraq X5 ona məxsus olan nəqliyyat vasitəsini 5 ildən çox müddət keçməsinə baxmayaraq, yəni texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində sahibliyində olan nəqliyyat vasitəsini texniki baxışdan keçirməmişdir. Bununla da X3 əməlində Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tərkib əlaməti yaranmışdır. Həmçinin qərardan müəyyən edilir ki, X4 İXM-nin müvafiq maddəsinin sanksiyasında müəyyən edilmiş hədd inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Beləliklə, məhkəmə X1nun ərizəsində göstərilən dəlilləri ilə razılaşmayaraq hesab edir ki, əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəlləsinin 133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə sahibliyində olan nəqliyyat vasitəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texniki baxışdan keçirmədən idarə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, EQ seriyalı, 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, EQ seriyalı, 18885878 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-546/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-546/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver