Məhkəmə qərarları › İş №3(004)-5461/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5461/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5461/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X8 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X8 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 06 avqust 2022-ci il tarixində, saat 12:08 radələrində Musabəyov dairəsində dostuna məxsus BMW avtomobili ilə hərəkət edərkən YPX əməkdaşı onu saxlamış və Bakı şəhəri BPİ YPİ YPXA-nın baş inspektoru tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun "X6” Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 342.7 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Bu protokolun tərtib olunmasına etiraz etsə də inspektor onunla razılaşmamış və protokol tərtib etmişdir. Sonradan xx.xx.2022-ci il tarixində öz şəxsi kabinetindən bu protokolla bağlı etirazını bildirmişdir. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 16 avqust 2022-cı il tarixində BPİ-də baxılsa da onun əsaslandırmasına heç bir qanuni istinad göstərmədən və öz versiyalarını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinin tələblərini pozmaqla 60 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Polis əməkdaşları vətəndaşların hüquqlarını qorumalı olduğu halda o, bunun tam əksi ilə üzləşmişdir. Belə ki, DYP tərəfindən verilmiş dövlət nömrə nişanı heç bir dəyişiklik edilmədən, müdaxiləyə məruz qalmadan avtomobilinin müvafiq yerində asıldığı halda guya qanunvericiliyin tələbinin tərəfindən pozulması əsas gətirilərək barəsində protokol tərtib edilmişdir. Bunun əsassız olduğunu və dövlət nömrə nişanının üzərində sənaye üsulu ilə AZ qeydinin olmasını inspektora göstərsə də, buna məhəl qoyulmamışdır. Pozulmuş hüquqlarının bərpa olunması, müraciətinin cavablandırılması məqsədi ilə DYPda olduğu zaman bəzi inspektorların şəxsi avtomobillərinin də dövlət nömrə nişanlarının eyni formada olduğunu görmüşdü. Bu zaman vətəndaş olaraq haqlı olduğunu, qanun keşikçilərinin özlərinin belə idarə etdikləri avtomobillərin dövlət nömrə nişanlarının dostuna məxsus avtomobildəki ilə eynilik təşkil etdiyi halda haqlı olduğumu bir daha özündə yəqin etmiş olmuşdur. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Eyni zamanda idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının foto şəkllərini təqdim edərək bildirmişdir ki, avtomobilinin üzərində olan dövlət qeydiyyat nişanına onun tərəfindən hər hansı bir müdaxilə edilməmişdir, bir neçə ildir ki, hazırki vəziyyətdə olan dövlət qeydiyyat nişanı ilə avtomobili idarə edir, Bakı şəhərində yüzlərlə avtomobil vardir ki, onların da dövlət qeydiyyat nişanları irad tutulan vəziyyətdədir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X8 İdarəsinin TP ******* nömrəli, 16 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yəni mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanı ilə nəqliyyan vasitəsini idarə etdmə faktı) törədilməsində təqsirli bilinib, barəsində 60 manat cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, BMW 5281 minik markalı 10LB012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı mövcud standartlara uyğun olmamışdır. Belə ki, dövlət qeydiyyat nişanının üzərində olan qara rəngli xətlərin ağardılması halı (ağ rəngdə olması) müəyyən edilmişdir. Halbu ki, bu kimi hallar Azərbaycan Respublikasının ərazisində qüvvədə olan “AZS ***-**** “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartının tələblərinə ziddir və avtomobilin üzərində olan dövlət qeydiyyat nişanına müdaxilə edilərək müəyyən işarələrin ağardılmaqla, silinməklə idarə eilməsi sözügedən standartın tələblərini kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X8 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X8 İdarəsinin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar