Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5467/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 24 oktyabr 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə inspektoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, polis əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində inzibati ərazidə xidmətdə olan zaman M.Muxtarov 122 küçəsində 1 nəfər şəxs onları görüb özünü şübhəli aparıb hərəkət surətini artıraraq onların istiqamətindən digər istiqamətə hərəkətini davam etdirmişdir. Həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi istədikdə onlara məhəl qoymayaraq xidmətdə olan polis əməkdaşını itələyərək qaçmağa davam edən zaman üzü yerə istiqamətdə yıxılaraq, qalxmaq istədiyi zaman onu saxlayıb həmin şəxsə qaçmamağını bildirmiş və o isə polisin qanuni tələblərinə bilərəkdən tabe olmayaraq fiziki güc və əl-qol hərəkətləri edərək polis əməkdaşına bilərəkdən tabesizlik göstərmişdir. Bu zaman həmin ərazidə olan Şəxs onların qanuni xidməti vəzifələrini yerinə yetirən zaman xidmətlərinə bilərəkdən maneə yaradaraq ərazidə olan digər vətəndaşlardan tutduqları şəxsi buraxmaqları üçün vətəndaşlardan kömək istəmişdir. Bu zaman Şəxs polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 19:00 radələrində mağazadan evə gedərkən Nizami metrosunun PPX əməkdaşlarının tanımadığl şəxsi maşına mindirdiyini görmüşdür. Bilməyərəkdən polis əməkdaşlarının nəyə görə bu şəxsi apardığını soruşmuşdur. Bildirmək istəyir ki, polisin işinə müdaxilə etdiyi üçün peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri X5 xx.xx.2023cü il tarixdə saat 19:00 radələrində inzibati ərazidə xidmətdə olan zaman M.Muxtarov 122 küçəsində hərəkətdə olan zaman 1 nəfər şəxsin onları görüb özünü şübhəli aparıb hərəkət surətini artıraraq onların istiqamətindən digər istiqamətə hərəkətini davam etdirmişdir. Həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi istədikdə o, polisin qanuni tələblərinə bilərəkdən tabe olmayaraq fiziki güc və əl-qol hərəkətləri edərək polis əməkdaşına bilərəkdən tabesizlik göstərmişdir. Bu zaman həmin ərazidə olan bir nəfər şəxs onların qanuni xidməti vəzifələrini yerinə yetirən zaman xidmətlərinə bilərəkdən maneə yaradaraq ərazidə olan digər vətəndaşlardan tutduqları şəxsi buraxmaqları üçün vətəndaşlardan kömək istəmişdir. Həmin şəxsdən sənədlərin təqdim olunmasını istədiksə sonuncu mübahisə yaratmış və polislərin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları Sultanov Murad və Vəliyev Vəli tərəfindən həmin polis bölməsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində inzibati ərazidə xidmətdə olan zaman M.Muxtarov 122 küçəsində hərəkətdə olan zaman 1 nəfər şəxsin onları görüb özünü şübhəli aparıb hərəkət surətini artıraraq onların istiqamətindən digər istiqamətə hərəkətini davam etdirmişdir. Həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi istədikdə onlara məhəl qoymayaraq xidmətdə olan polis əməkdaşını itələyərək qaçmağa davam edən zaman üzü yerə istiqamətdə yıxılaraq, qalxmaq istədiyi zaman onu saxlayıb həmin şəxsə qaçmamağını bildirmiş və o isə polisin qanuni tələblərinə bilərəkdən tabe olmayaraq fiziki güc və əl-qol hərəkətləri edərək polis əməkdaşına bilərəkdən tabesizlik göstərmişdir. Bu zaman həmin ərazidə olan bir nəfər şəxs onların qanuni xidməti vəzifələrini yerinə yetirən zaman xidmətlərinə bilərəkdən maneə yaradaraq ərazidə olan digər vətəndaşlardan tutduqları şəxsi buraxmaqları üçün vətəndaşlardan kömək istəmişdir. Həmin şəxsi 26-cı Polis Bölməsinə gətirmişlər. PB-də məlum olmuşdur ki, tabesizlik göstərən X6, xidmətlərinə maneəçilik edən şəxs isə Şəxsdur. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:00-da azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs barəsində bir dəfə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 211-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 24 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf edərək peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. X2 həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni 24 oktyabr 2023-ci il saat 19:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 24 oktyabr 2023-ci il saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5467/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5467/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver