Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5469/2023 03.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Şikayət verən X6 iştirakı ilə, Şikayət verən X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon X11 Şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon X11 Şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək X1 AR İXM-nin 330.0.1-ci maddəsi ilə yanaşı 327.6 və 327.8-ci maddələri ilə də inzibati məsuliyyətə cəlb olunması üçün materialların vəzifəli şəxsə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon DYPŞ-nin İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş Yasamal Rayon DYPŞ-nin TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən X3 xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Yasamal rayonu Tibilisi prospekti (HK-1/904) ərazisində Hyundai İX38 minik markalı, **-ND- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsinə görə AR İXM-nin 330.0.1-ci maddəsilə təqsirli bilinib onun barəsində 50 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan inzibati xəta haqqında protokol və müvafiq qərar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində X3 tərəfindən törədilən yol hərəkəti qaydaları əleyhinə olan inzibati həta hadisəsi zamanı onu avtomobil vurmuş və o yerə yıxılaraq xəsarət almışdır. Qeyd olunan inzibati xəta nəticəsində onun yerə yıxılaraq xəsarət almağı müşahidə kamerasına düşmüş, həmçinin həmin ərazidə olan mağaza işçiləri və həyat yoldaşı şahid olmuşlar. Buna baxmayaraq inzibati xəta haqqına iş üzrə nə protokol, nə də ki qərarda o zərərçəkmiş kimi qeyd olunmamışdır. Qeyd olunan hadisə zamanı X4 idarə etdiyi avtomobillə onu piyada keçidində vurarkən o üzü üstə yıxılaraq, qolundan və hər iki ayağından xəsarət almışdır. Onun tərəfindən hadisə zamanı ona heç bir köməklik göstərilməmişdir. Hətta bununla bağlı dəfələrlə X2 müraciət etsə də onun tərəfindən ona heç bir maddi və digər yardım göstərilməmiş, hadisədən sonra həyat yoldaşı onu həkimə aparmış, aparılmış müayinə zamanı qolu və ayağında əzilmiş yaraların olması təsdiq olunmuş, müayinə zamanı da həkimə avtomobil tərəfindən vurulduğunu və bunun nəticəsində xəsarət aldığını bildirmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı heç bir araşdırma aparılmadığını gördüyü üçün polisə şikayət etdikdən sonra araşdırma aparılması üşün onu tibbi ekspertizaya göndərsələr də ekspertin cavabı ona bildirilməmiş və nəticədə X5 yalnız nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsinə görə AR İXM-nin 330.0.1-ci maddəsilə təqsirli bilinib tənbeh edilmişdir. Halbuki, AR İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, həmçinin İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, baş vermiş hadisə zamanı xəsarət almağı və ona kömək göstərilmədən inzibati xəta törədən şəxsin hadisə yerindən uzaqlaşmasına baxmayaraq onun barəsində müvafiq maddələrlə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Bununla belə, qeyd etmək istəyir ki, inzibati xəta haqqında protokol və ona müvafiq olaraq inzibati xəta haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qanunun tələbindən göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən, maddədə qeyd olunan digər hallarla yanaşı zərər çəkmiş şəxs kimi onun adı, ata adını, yaşadığı yerin ünvanı, habelə onun hadisə zamanı sağlamlığına zərər vurulması və bununla bağlı maddi zərər də çəkməyi qeyd olunmalıdır. Lakin, yuxarıda qeyd etdiyi kimi, törədilmiş inzibati xəta hadisəsi zamanı o xəsarət alaraq zərərçəksə də, protokola bu barədə heç nə qeyd olunmamış, buna müvafiq olaraq da, onun izahatı alınmamışdır. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon X11 Şöbəsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X5 30 avqust 2023-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Tbilisi prospekti ünvanında Hyundai İX35 minik markalı **-ND-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən 09 oktyabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon X11 Şöbəsinin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Bundan başqa həmin qərarın elektron kabinetə nə vaxt yerləşdirilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin şikayətindən müəyyən edilmişdir ki, işə müvafiq yol nəqliyyat hadisəsindən zərərçəkmiş şəxsin iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon X11 Şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon X11 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət verən X6 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon X11 Şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon X11 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5469/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5469/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver