Məhkəmə qərarları › İş №3(004)-5472/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5472/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5472/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X8 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş MTT(004)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. 26 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə yekun məhkəmə aktı qəbul olunana qədər iddiaçı X4 övladı - xx.xx.2019-cu il təvəllüdül X7 ilə hər həftənin cümə, şənbə, bazar və bazar ertəsi günləri iddiaçının yaşadığı ünvanda qalmaq şərti ilə ünsiyyətdə olmasına icazə verilməsi və bununla bağlı maneələrin yaradılmasının cavabdeh X5 və anası Şəxs qadağan olunmuşdur. Şəxs icra məmurunun qanuni tələbini qərəzli olaraq yerinə yetirmir. Bununla da X1 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)- 93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə yekun məhkəmə aktı qəbul olunana qədər iddiaçı X4 övladı - xx.xx.2019-cu il təvəllüdül X7 ilə hər həftənin cümə, şənbə, bazar və bazar ertəsi günləri iddiaçının yaşadığı ünvanda qalmaq şərti ilə ünsiyyətdə olmasına icazə verilməsi və bununla bağlı maneələrin yaradılmasının cavabdeh X5 və anası Şəxs qadağan olunmuşdur. Lakin borclular X9 və anası Şəxs öhdəliyini yerinə yetirməmişdir. Belə ki, X9 övladı xx.xx.2019-cu il təvəllüdül X7 ilə ünsiyyətdə olmaq adı ilə uşağı götürüb gizlətmişdir və hal-hazırda uşağın anası övladını görə bilmir. Digər borclu Şəxs icra məmurunun qanuni çağırışlarına cavab verməyərək icra şöbəsinə çağırılan zaman vaxtlı-vaxtında cavab vermir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, icra məmurunun qanuni çağırışlarına hər zaman cavab vermişdir. Lakin o işi ilə əlaqədar bəzən Bakı şəhərindən kənarda ola bilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi ilə bağlı məsələyə gəldikdə isə sözügedən icra sənədində qeyd edilmişdir ki, iddiaçı X4 övladı xx.xx.2019-cu il təvəllüdül X7 ilə hər həftənin cümə, şənbə, bazar və bazar ertəsi günləri iddiaçının yaşadığı ünvanda qalmaq şərti ilə ünsiyyətdə olmasına icazə verilməsi və bununla bağlı maneələrin yaradılmasının cavabdeh X5 və anası Şəxs qadağan olunsun. Hal-hazırda uşaq onda deyil anasının uşaqla ünsiyyətinə onun tərəfindən heç bir maneə yaradılmır. Uşağın atasına gəldikdə isə atası xaricdədir. Uşağın harada olması ilə bağlı məlumatlı deyillər. Tələbin könüllü icrasına dair bildiriş isə icra məmuru tərəfindən ona təqdim edilməmişdir. Bakı şəhərində yaşayır, bu məhkəmə mübahisəsi ilə bağlı demək olar ki, hər gün məhkəmələrdə qalmışdır. Onun barəsində axtarış elan edilmişdir, amma bundan heç xəbəri də olmamışdır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə yekun məhkəmə aktı qəbul olunana qədər iddiaçı X4 övladı - xx.xx.2019-cu il təvəllüdül X7 ilə hər həftənin cümə, şənbə, bazar və bazar ertəsi günləri iddiaçının yaşadığı ünvanda qalmaq şərti ilə ünsiyyətdə olmasına icazə verilməsi və bununla bağlı maneələrin yaradılmasının cavabdeh X5 və anası Şəxs qadağan olunmuşdur. İcra sənədi üzrə icraata 19 sentyabr 2023-cü il tarixdə başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmin bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs təqdim olunmamışdır. İş materiallarında olan Borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1961-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuş və mülki hüquqi öhdəliklərindən yayındığına görə Şəxs saxlanılaraq 26 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan Şəxs Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, nəvəsi X2 anası ilə görüşünü təmin edə bilmir. Belə ki, nəvəsinin harada və kimin yanında olması barədə heç bir məlumatı yoxdur. Yalnız oğlu Yaqub bilir. Hal-hazırda oğlu Yaqub ölkədə olmadığı üçün nəvəsinin harada olması barəsində ona məlumat vermir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün bildiriş ümumiyyətlə təqdim edilməmişdir. Bütün qeyd edilənlər isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin MTT(004)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib olunmuş 26 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar