Məhkəmə qərarları › İş №3(004)-5483/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5483/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5483/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi - Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib olunmuş 14 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 14 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Bakı Apellyasi Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-dən 761794.48 manat "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəticədə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd olunmuşdur. Daha sonra Yasamal rayon İcra Şöbəsinin icra məmuru X1 protokola verdiyi əlavədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2155/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 34.188,68 manat məbləğində əsas borc, 1700 manat məbləğində dəbbə pulu, cəmi 35.888,68 manat məbləğində pul vəsaiti, eləcə də vəkil xərclərinin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 16594,50 manat borc, mediyasiya xərci ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımla bağlı ödənilmiş 320 manat, cəmi 17114,50 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 90469,20 manat borc, 400 manat mediasiya, 110 manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 284,28 manat olmaqla, cəmi 91263,48 manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-668/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMCdən 18 oktyabr 2021-ci il tarixli 18-10-21OE saylı (alqı-satqı) müqaviləsi üzrə 26000 manat borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC- yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1579/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 188.498 manat 98 qəpik əsas borc, 9.000 cərimə borcu olmaqla, ümumilikdə 197.498 manat 98 məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniməlidir. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X3” MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1238/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 22.316,40 AZN (ƏDV daxil) manat və 200 AZN manat mediasiya xərci "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında ******* saylı protokol Bakı Apellyasiya Məhkəməsinin 2- 2-2(103)-82/2023 saylı, xx.xx.2023-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2155/2023 saylı, xx.xx.2023-ci il tarixli, Lk.xi Kommersiya Məhkəməsinin 2-2(113)- 3753/2023 saylı, xx.xx.2023-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 272/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 668/2024 saylı, xx.xx.2024-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1579/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə verilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Ona məxsus Optimal MMC şirkəti 2020-ci ildə yaranmış pandemiya səbəbindən ağır dövr keçirmiş, şirkətin mağazalarından kreditlə mal almış vətəndaşlar kreditlərini ödəyə bilməmişlər. Bu səbəbdən şirkət zərərə uğrayaraq borclanmışdır. Hal-hazırda şirkətə xarici investor cəlb etmişlər və bütün borcları hissə-hissə ödəyirlər. Həmçinin orada qeyd edilən bir çox borclar şişirdilmədir, ”Shopaz” şirkətinə 45000 manat borcları var, orada isə 98000 manat olaraq göstərilir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2155/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 34.188,68 manat məbləğində əsas borc, 1700 manat məbləğində dəbbə pulu, cəmi 35.888,68 manat məbləğində pul vəsaiti, eləcə də vəkil xərclərinin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 16594,50 manat borc, mediyasiya xərci ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımla bağlı ödənilmiş 320 manat, cəmi 17114,50 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 90469,20 manat borc, 400 manat mediasiya, 110 manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 284,28 manat olmaqla, cəmi 91263,48 manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-668/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 18 oktyabr 2021-ci il tarixli 18-10-21OE saylı (alqı-satqı) müqaviləsi üzrə 26000 manat borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC- yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1579/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 188.498 manat 98 qəpik əsas borc, 9.000 cərimə borcu olmaqla, ümumilikdə 197.498 manat 98 məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniməlidir. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X3” MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1238/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 22.316,40 AZN (ƏDV daxil) manat və 200 AZN manat mediasiya xərci "xxxx" MMC-nin xeyrinə tutulmalıdır, göründüyü kimi məhkəməyə təqdim edilmiş icra məmuru tərəfindən tərtib olunmuş 14 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokol bir icra sənədi üzrə tərtib edilməli olduğu halda, icra məmuru altı icra sənədi üzrə bir protokol tərtib edərək cavabdeh "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 16, 17, 18-ci maddələrinə əsasən inzibati xətanın subyektləri kimi fiziki şəxs, vəzifəli şəxs və hüquqi şəxslərin inzibati məsuliyyətləri nəzərdə tutulmuşdur. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Odur ki, inzibati xəta haqqında protokolda birdən çox icra sənədi üzrə protokolun tərtib edildiyi göstərildiyindən, yəni, inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar