Məhkəmə qərarları › İş №3(004)-5485/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5485/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5485/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DYP əməkdaşının bildirdiyinə görə 327.1 nişanın tələbini pozduğuna görə ona 40 azn cərimə yazılmışdır. X8 prospekti ilə Seyfəddin Dağlı küçəsində baş vermişdir. O, Hüseyn Cavid prospekti ilə hərəkət edərək, sola Seyfəddin Dağlı küçəsinə dönmüşdür. H.Cavid prospektində 4.1.4 yol nişanı olduğu üçün sola dönmək qadağandır deyə DYP əməkdaşı bildirmişdir. Lakin S.Dağlı küçəsi iki hərəkət zolağından ibarətdir və ortadan bardyorla ayrılmışdır. H. Cavid prospektində olan 4.1.4 nişanı S.Dağlı küçəsinin iki zolağa ayıran bardyora qədər qüvvədədir. O, isə bardyordan sonra sola dönmüşdür. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şikayət verilən orqanın nümayəndəsi X4 bilidirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində hərəkətdə olan “Kia K 5” minik markalı, **-BT-*** dqn-lı mexaniki nəqliyyat vasitəsinin sürücüsü X1 yanında quraşdırılmış 4.1.4 nişanı düzünə və ya sağa hərəkət məcburedici yol nişanının tələbinə riayət etməyərək sol dönüb yol hərəkəti qaydasını pozmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 65-ci maddəsinin 1-ci hissəsinə əsasən, məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətini, icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. “Yol hərəkəti haqqında” AR qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yol ayrıcı-yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir, həmçinin qeyd etmək lazımdır ki, həmin yol nişanının qüvvəsi bütün yol ayrıclarına şamil olunur. Göründüyü kimi, mexaniki nəqliyyat vasitəsinin sürücüsü H.İ.Bəşirov yol nişanının tələbinə məhəl qoymayaraq hərəkətinə icazə verilməyən istiqamətə dönərək yol hərəkəti qayda pozuntusu edərək AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Beləliklə, N.Abbasov BŞDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X3 Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə 18:31-də BŞDYPİ Yasamal rayonu, H.Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsiməşində dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinin riayət edilməməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər X9 İdarəsinin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar