Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5485/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Din Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, mərhum atası X2 “Naz lifan” 85CU459 qeydiyyat nişanlı nömrəsi LF 713/2 320 minik avtomobili Azərbaycan Respublikasının Prezidenti tərəfindən avtomobil verilmişdir. Qeyd edir ki, onun mərhum atasının adına verilmiş avtomobil qeydiyyat nişan nömrəsi ** CU *** nömrəli avtomobil hazırda Bakı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 50 manat məbləğində cərimə tətbiq olunmuşdur. Cənab Prezidentinin fərmanına əsasən Azərbaycan Respublikası veteranlar və qazilərin, həmçinin əlillərin avtomobil üzərində olan cərimə məbləği B.D.Y.-i İdarəsi tərəfindən silinməsi barədə göstəriş vermişdir. Mərhum atasının adına Dövlət tərəfindən verilmiş ** CU *** Naz Lifan minik avtomobili üzərində olan cərimə məbləği 50 manat təşkil edir. Məhrum atası Azərbaycan Respublikasının silahlı qüvvələrinin və Azərbaycan Respublikasının vətən uğrunda göstərilmiş və vətənə xidmət borcu olaraq bütün öhdəlikləri layiqincə yerinə yetirmişdir. Azərbaycan Resapublikasının silahlı qüvvələrinin və sədərək döyüşündə düşmənlərə qarşı döyüşərək, dəfələrlə yaralanmış və xəstəxanada sağalmadan təkrar döyüşlərdə olmuş, şücaətli döyüşünə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən medalla təltif edilmişdir. “Naz lifan” 85CU459 qeydiyyat nişanlı nömrəsi LF 713/2 320 minik avtomobili üzərində olan cərimə qərarları xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qeyd edir ki, məhrum atası vəfat etdikdən sonra avtomobildə olan cərimədən xəbərim olmuşdur. Hesab edir ki, “Naz lifan” 85CU459 qeydiyyat nişanlı nömrəsi LF 713/2 320 minik avtomobili üzərində olan cərimə məbləğləri silinməli və “Naz lifan” S5CU459 qeydiyyat nişanlı nömrəli, LF 713/2 320 minik avtomobili cərimə meydançasınan çıxarılaraq onun sahibliyinə verilməli və inzibati icraata xitam verilməlidir. Buna görə də tərtib olunmuş EQ 14074917 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətdə göstərdiklərini müdafiə edərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2022-ci il tarixində saat 16:45-də, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi ərazisində, “Naz lifan” S5CU459 qeydiyyat nişanlı nömrəli, LF 713/2 320 minik avtomobili idarə edərkən dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş metriallarında olan “Ölüm haqqında şəhadətnamə”sindən görünür ki, X2 08 avqust 2016-cı ildə vəfat etmişdir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən inzibati xəta vəfat etmiş şəxs barəsində tərtib edilmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1. Bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1. bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş müəyyən edilmiş halda qərar ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5485/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5485/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver