Məhkəmə qərarları › İş №3(004)-5488/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5488/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5488/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərtə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş 19 fevral 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair material Beyləqan Rayon Məhkəməsinin 3(020)-517/2025 nömrəli, 01 avqust 2025 tarixli qərardadı ilə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-5488/2025 nömrəli, 22 avqust 2025- ci il tarixli qərardadı ilə inzibati xətaya dair materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya məhkəməsi Yasamal rayon məhkəməsinə məktub göndərmiş və qeyd etmişdir ki, qüvvədə olan müvafiq prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə cinayət işinə (analogiya üzrə inzibati xəta haqqında materiala) ərazi aidiyyəti üzrə başqa məhkəmədə baxılmalı olmasını hesab edərsə, cinayət işini birbaşa həmin məhkəməyə göndərməlidir. Digər məhkəmə tərəfindən cinayət işinin ərazi aidiyyəti mübahisələndirildiyi təqdirdə həmin fikir ayrılığının həll olunması məqsədilə cinayət işi müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırkı halda isə məhkəmə inzibati xəta haqqında materiala ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlsə də, cinayət işinin materiallarını həmin məhkəməyə deyil, birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə məhkəmələr arasında (hazırkı halda Bakı şəhəri Yasamal vəBinəqədi Rayon Məhkəmələri) inzibati xəta haqqında materialın məhkəmə aidiyyəti məsələsi ilə bağlı mübahisə yaranmamışdır. Belə olan halda cinayət işinin aidiyyəti üzrə göndərilməsi məsələsinin CPM-in 77.1-ci maddəsində (analogiya üzrə bu norma tətbiq edilməklə) nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsi tərəfindən həll edilməsi üçün hüquqi əsas mövcud deyil. Odur ki, hazırkı inzibati xəta haqqında material ərazi aidiyyətinin müəyyən olunması üçün geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmə yeri Şəxs yaşayış yeri olan Binəqədi rayonu hesab edilməlidir. Belə ki, iş materiallarında olan Şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına dair portaldan çıxarışdan görünür ki, Şəxs yaşayış yeri Binəqədi rayon rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 37 c-dirr. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərtə tutulmuş inzibati xətanı törətməsinə dair dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Rayon Məhkəməsinə göndərilsin. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar