Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5490/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23675436 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23675436 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23675436 saylı qərarı əsasında o, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 80 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil və hesab edir ki, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, etibarnamə ilə idarə etdiyi “BYD F3 MİNİK” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə hərəkətdə olarkən xx.xx.2024-cü il tarixdə gözündə aparılmış əməliyyatla əlaqədar qəflətən gözündə bulanıqlıq yaranmış, yol-nəqliyyat hadisəsi törətməməmək məqsədilə qəza dayanma işığını yandıraraq təxminən 5 dəqiqə müddətində məcburi dayanma etmişdir. Yolun birinci zolağında avtomobillərin durması səbəbindən məcbur olub avtomobilini ikinci zolaqda saxlamalı olmuşdur. Gözündə yaranmış bulanıqlıq keçdikdən sonra yoluna davam etmişdir. Bu zaman təhlükəsiz şəhər kamerası vasitəsilə avtomobilinin şəkli çəkilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara qiymət verərək şikayət qismən təmin edilməli, Bakı şəhər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23675436 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsınə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23675436 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 09:38 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ərazisində idarə etdiyi **- ER-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozduğuna görə 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-nin müayinə aktından görünür ki, X1 gözündə xx.xx.2024-cü il tarixində “OD-ALT göz qapağının xalazionun kəsiklə çıxarılması cərrahi əməliyyatı” aparılıb. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktı və iş matariallarında olan fotoşəkillərlə müəyyən olunmuşdur ki, X2 inzibati tənbeh vermə haqqında qərarın tərtib edildiyi vaxtdan az bir müddət öncə göz nahiyyəsindən əməliyyat olunmuşdur və bu səbəbdən avtomobili idarə edərkən onun gözündə bulanıqlıq yaranmış buna görə də idarə etdiyi avtomobili qəza işıqlarını yandıraraq saxlamaq məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, bu hallar qərar qəbul etmiş orqan tərəfindən şikayət vermiş şəxsin iştirakı ilə araşdırılmalı və ondan sonra müvafiq qərar qəbul edilməlidir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1. bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş müəyyən edilmiş halda qərar ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23675436 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23675436 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5490/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5490/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver