Məhkəmə qərarları › İş №3(004)-5493/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5493/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5493/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev döngə 5, mənzil 97 olan Şəxs MMC (VÖEN: **********) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 oktyabr 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" MMC-də olan bank hesabından 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2022 tarixində EP0035017 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Tərtib olunan protokol üzrə inzibati xəta haqqında işin halları tam, ətraflı, obyektiv və vaxtında araşdırılmamışdır, həmçinin, konstitusion prinsiplərin və qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən hesab edir ki, Şəxs MMC tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Şəxs MMC aşağıda adları qeyd olunan xarici partnyor şirkətlərlə malların alqı-satqısı və ölkə ərazisinə çatdırılmasına dair müvafiq müqavilələr bağlamışdır: - “X6” LLC ilə xx.xx.2020-ci il tarixli 203 saylı müqavilə - “Pachoob Manufacturing and İnstrial Group” ilə xx.xx.2019-cu il tarixli LS-PK 98-1 saylı müqavilə; - “PAK Melamine Manufacturinng and İndustrial Group” ilə xx.xx.2019-cu il tarixli LS-PK 101 saylı müqavilə. Şəxs MMC xaricə pul köçürmələrini Günay Bank ASC-də olan 3-AZ42GUNA******************** dollar hesabı vasitəsilə etmişdir. Şəxs MMC tərəfindən qeyd olunan hesab vasitəsilə “X6” LLC-yə 203 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixində 55900 dollar, xx.xx.2020- ci il tarixində 83850 dollar, xx.xx.2020-ci il tarixində 55900 USD ödəniş etmişdir. Birinci iki ödəniş üzrə gələn malların gömrük bəyannamələri "xxxx" ASC-yə təqdim olunmuşdur. Lakin sonuncu ödəniş üzrə mallar ölkəyə gəlmədiyindən gömrük bəyannaməsini təqdim etmək mümkün olmamışdır. Bundan başqa bildirik ki, tərəflər arasında xx.xx.2020-ci il tarixində 203 saylı müqaviləyə əlavə və dəyişiklik olunması məqsədilə 2 fərqli Əlavə N:1 adlı razılaşma imzalanmışdır. İş materiallarında olan “Əlavə 1” razılaşmasında qeyd olunur ki, malın göndərilməsi və çatdırılması 203 saylı müqavilənin 3.1, 3.2 və 3.3-cü maddələrin tələblərinə uyğun olaraq “Pachoob Manufacturing and İnstrial Group” şirkətinə həvalə olunsun. Hazırki vəsatətə qoşma olan əlavə razılaşmaya əsasən isə xx.xx.2020-ci il tarixli 203 saylı müqaviləyə aşağıdakı qaydada dəyişiklik olunmuşdur. Malın göndərilməsi və çatdırlması hissəsində şirkətlər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 203 saylı müqavilənin 3.7-ci bəndinə dəyişiklik olunmuş və dəyişiklik bu şərtlərlə tərtib olunmuşdur. Malın çatdırılması qeyri-mümkün olduğu hallarda “Satıcı” “Alıcı” tərəfindən ödənilmiş məbləği geri qaytarılmalı və ya əlavə razılaşmaya əsasən Partnyor Şirkətlər tərəfindən təmin edilməli və ya əvəzləşdirilməlidir. 203 saylı müqavilə üzrə mallar gəlmədiyindən və gömrük bəyannaməsinin banka təqdim olunması üçün nəzərdə tutulmuş 730 gün bitəcəyi səbəbindən Şəxs MMC müqavilənin 3.7-ci bəndinə uyğun olaraq ödənilmiş 53900 manat məbləğin əvəzləşdirilməsinə dair “X6” LLC-yə müraciət etmişdir. Şəxs LLC qanuni təmsilçisi X3 qismində, “X6” LLC qanunu təmsilçisi X7 Mehdi qismində, “Pachoob Manufacturing and İnstrial Group” qanuni təmsilçisi Mohammad Afri qismində, “PAK Melamine Manufacturinng and industrial Group” qanuni təmsilçisi Mohammad Afri qismində 4 (dörd) tərəfli qaydada malların əvəzləşdirilməsinə dair saziş imzalanmışdır. Həmin sazişlə bağlı aşağıdakılar qeyd olunmuşdur: Şəxs MMC ilə “X6” LLC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 203 saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixində malların göndərilməsi üçün 55900 USD avans ödənilmişdir. Həmin müqavilə üzrə sifariş olunan malların ixrac edilməsi mümkün olmadığından ödənilmiş pulun partnyor şirkətlərlə əvəzləşdirilməsinə öz razılığını bildirir. 53900 USD dəyərində olan mallar aşağıdakı şərtlərlə əvəzləşdirilir: 46656 USD dəyərində olan mallar “Packhoob Manufacturing and İndustrial Group” tərəfindən, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixləri arasında Şəxs MMC-yə göndərilən mallarla (xx.xx.2019-cu il tarixli LS-PK 98-1 saylı müqavilə əsasında) əvəzləşdirilir. “PAK X2 İndustraial Group” tərəfindən Lamina Star MMC -yə xx.xx.2019-cu il tarixində 27080.67 USD dəyərində mal göndərilmişdir, “xx.xx.2019 cu il tarixli LS-PK 101 saylı müqavilə əsasında). Qalıq 9244 USD məbləği bu borcdan silinir və əvəzləşdirilir. Əvəzləşmə nəticəsində Şəxs MMC-nin “PAK X2 industraial Group”-a xx.xx.2019-cu il tarixli malların dəyərinin ödənilməsinə görə 27080.67 USD — 9244 USD= 17836.67 USD ödənilməmiş borcu qalır. “Pachoob Manufacturing andİnstrial Group” ilə xx.xx.2019-cu il tarixli LS-PK 98-1 saylı müqaviləyə əsasən Şəxs MMC-yə göndərilmiş malların dəyərinin bu sazişin 1-ci bəndinin a yarımbəndində qeyd olunan qaydada əvəzləşdirilməsinə razılığını bildirir. “PAK Melamine Manufacturinng and İndustraial Group” ilə xx.xx.2019-cu il tarixli LS-PK 101 saylı müqaviləyə əsasən Şəxs MMC-yə göndərilmiş malların dəyərinin bu sazişin 1-ci bəndinin “b” yarımbəndində qeyd olunan qaydada əvəzləşdirilməsinə razılığını bildirir. Hazırki saziş xx.xx.2020-ci il tarixli 203 saylı müqaviləyə xx.xx.2020-ci ildə edilmiş Əlavə Nl-ə uyğun qaydada aparılır, müqavilənin 3.7-ci bəndinə uyğundur, müqavilənin ayrılmaz tərkib hissəsidir. Hazırki saziş xx.xx.2019-cu il tarixli LS-PK 101 saylı, xx.xx.2019-cu il tarixli LS-PK 98-1 saylı müqavilələrin ayrılmaz tərkib hissəsi hesab olunur. Tərəflər hazırki sazişdə öz iradələrini ifadə açıq bəyan edirlər, şərtlərə könüllü razılığını bildirirlər və sazişin şərtlərini öz imzaları ilə təsdiq edirlər. Hazırki vəsatətə həmin partnyor şirkətlərlə bağlanmış müvafiq müqavilələr və müqavilə üzrə gömrük bəyannamələri əlavə edilmişdir, gömrük bəyannamələri üzrə malların çatdırılması şərtlərinin kodu 120 qeyd olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.3-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/143 saylı Sərəncamı ilə təsdiq olunmuş “Gömrük Bəyannamələrinin doldurulması metodikasının” 3.4-cü bəndinə əsasən əgər idxal olunan mallar dəyəri ödənilməmişdirsə o halda gömrük bəyannaməsinin 20-ci qrafasında çatdırılma şərtləri 120 qeyd olunmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.1-ci bəndinə əsasən ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli təqdim edilir, (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir). Şəxs MMC yuxarıda qeyd olunan bütün sənədləri müvafiq qaydada "xxxx" ASC-yə təqdim etmişdir. (Günay Bank ASC-yə təqdim olunmasına dair sənədin surəti vəsatətə əlavə olunmuşdur). Əfsuslar olsun ki, bu barədə bank tərəfindən Mərkəzi banka rəsmi məlumat verilməmişdir və bu əsasla Mərkəzi bank tərəfindən İnzibati Xətanın tördilməsinə dair protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan "xxxx" MMC-nin 21 sentyabr 2020-ci il tarixli xarici valyutada köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin bank hesabından “X6 LLC” şirkətinin bank hesabına xx.xx.2020-ci il tarixli 203 nömrəli müqaviləyə və 21 sentyabr 2020-ci il tarixli Ci- 2803 nömrəli invoysa əsasən 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, Şəxs MMC ilə “X6 LLC” şirkəti arasında xx.xx.2020-ci il tarixli 203 nömrəli müqavilə bağlanmışdır. 21 sentyabr 2020-ci il tarixli Ci-2803 nömrəli invoysa əsasən malların ümumi dəyəri 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları təşkil edir. Şəxs MMC ilə “X6 LLC” şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 203 nömrəli müqaviləyə 01 nömrəli əlavədən görünür ki, malın göndərilməsi və çatdırılması “Packehoob Manufacturing and İndustrial Group” şirkətinə həvalə edilmişdir. Şəxs MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən təqdim edilmiş Şəxs MMC ilə “X6 LLC” şirkəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 203 nömrəli müqaviləyə 01 nömrəli əlavədən görünür ki, malın çatdırılması qeyri-mümkün olduğu hallarda “Satıcı” “Alıcı” tərəfindən ödənilmiş məbləği geri qaytarmalı və ya əlavə razılaşmaya əsasən partnyor şirkətlər tərəfindən təmin edilməli və ya əvəzləşdirilməlidir. Şəxs MMC ilə “Pak X2 industrial group” şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli LS-PK 101 nömrəli müqaviləyə əsasən idxal ediləcək malların ümumi dəyəri 27080.67 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixli **********9179 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 27080.67 ABŞ dolları dəyərində mallar “Pak X2 industrial group” şirkəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli LS-PK 101 nömrəli müqaviləyə əsasən idxal edilmişdir. Şəxs MMC ilə “Pakchoob manufacturing and industrial group” şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli LS-PK 98-1 nömrəli müqaviləyə əsasən idxal ediləcək malların ümumi dəyəri 46.080 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixli **********9298 nömrəli, xx.xx.2019-cu il tarixli **********9304 nömrəli, xx.xx.2019-cu il tarixli **********9306 nömrəli, xx.xx.2019-cu il tarixli **********9311 nömrəli, xx.xx.2019-cu il tarixli **********9314 nömrəli, xx.xx.2019-cu il tarixli **********0542 nömrəli, xx.xx.2019-cu il tarixli **********2146 nömrəli, xx.xx.2019-cu il tarixli **********2150 nömrəli, xx.xx.2019-cu il tarixli **********2154 nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən 46656.00 ABŞ dolları dəyərində mallar “Pakchoob manufacturing and industrial group” şirkəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli LS-PK 98- 1 nömrəli müqaviləyə əsasən idxal edilmişdir. Malların əvəzləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli 01/22 nömrəli müqaviləyə əsasən “X6 LLC” şirkəti tərəfindən ixrac edilməli olan 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları məbləğində mallar “Pak X2 industrial group” şirkəti tərəfindən ixrac edilmiş ümumi dəyəri 27080.67 ABŞ dolları və “Pakchoob manufacturing and industrial group” şirkəti tərəfindən ixrac edilmiş 46656.00 ABŞ dolları dəyərində mallar ilə əvəzləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən "xxxx" MMC vasitəsi ilə “X6 LLC” şirkətinin hesabına bağlanmış müqavilə əsasında 21 sentyabr 2020-ci il tarixdə 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti sifariş verilmiş malların dəyəri olaraq köçürülmüşdür. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları dəyərində mallar “X6 LLC” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına idxal edilməmişdir. Beləki Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlər 21 sentyabr 2020-ci il tarixdə köçürmə 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti “X6 LLC” şirkətinin hesabına köçürülən zaman "xxxx" MMC-yə təqdim edilməmiş və bununlada malların partnyor şirkətlər tərəfindən göndərilməsi və ya əvəzləşdirilməsi halı köçürmənin təyinatı ilə müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixli **********9179 nömrəli, xx.xx.2019-cu il tarixli **********9298 nömrəli, xx.xx.2019-cu il tarixli **********9304 nömrəli, xx.xx.2019-cu il tarixli **********9306 nömrəli, xx.xx.2019-cu il tarixli **********9311 nömrəli, xx.xx.2019-cu il tarixli **********9314 nömrəli, xx.xx.2019-cu il tarixli **********0542 nömrəli, xx.xx.2019-cu il tarixli **********2146 nömrəli, xx.xx.2019-cu il tarixli **********2150 nömrəli, xx.xx.2019-cu il tarixli **********2154 nömrəli gömrük bəyannamələrinin müvafiq bəndlərinə nəzər yetirilərkən həmin malların “X6 LLC” şirkəti ilə bağlanmış müqavilədən öncə fərqli müqavilə və invoys nömrələri ilə idxal olunduğu qeyd edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 55900.00 (əlli beş min doqquz yüz) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 11180.00 (on bir min bir yüz səksən) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar