Məhkəmə qərarları › İş №3(004)-5496/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5496/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5496/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə X1 DİN Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DİN Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət verən şəxs X7 şikayətinə uyğun olaraq izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində şəxsi istifadəsində olan mobil nömrəsinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 346.4-cü maddəsinə uyğun olaraq barəsində saat 15:31-də EQ 22774302 saylı elektron qərar tərtib edilməsi ilə bağlı sms bildiriş gəlmişdir. SMS Radar proqramına daxil olduqda görmüşdür ki, sonuncu etibarnamə ilə idarə etməsi ona verilən ** XL *** DQN-lı “Toyota Prado” markalı avtomobillə hansısa bir küçədə və ya prospektdə İXM 346.4-cü maddənin tələbləri pozulduğuna görə 80 (səksən) manat cərimə tətbiq edilib. Bir neçə saat sonra Qəbələ RPİ-nin DYPŞ-nə yaxınlaşıb məsələni aydınlaşdırmaq istəsə də, suallarına cavab verən olmamışdır. Sadəcə bildirilmişdir ki, Qəbələ şəhərində H.Əliyev prospektində dayanma durma qaydalarını pozmuşdur. Barəsində xx.xx.2024-cü il tarixində saat 15:51-də tərtib edilmiş EQ 22774302 saylı elektron qərar tamamilə yanlış və qanunsuzdur. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, Mirsadiq Mirsətdar oölu Seyidovun sədirliyi ilə keçirilən məhkəmə prosesi zamanı, avtomobilin həmin gün Qəbələ şəhərində sürülmədiyini və avtomobili ümumiyyətlə onun sürmədiyini və heç bir qayda pozmadığını və avtomobili həmin dövrdə idarə edən şəxsən özünün məhkəməyə gəlib danışması və DYP kameralardında avtomobilin hansı saatlarda sürülməsini təsdiq edən görüntülərin təqdim etdikdən sonra əməldə inzibati xəta tərkibi olmadığı üçün sizin tərəfinizdən əsaslı araşdırma nəticəsində barəsində tərtib edilmiş elektron qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün DYP-nə göndərilmişdir. Məhkəmədə şikayəti araşdırarkən müəyyən edilmişdir ki, təqdim edilən SMS radar proqramından çıxarış edilmiş foto şəkildən görünür ki, 10XL202 DQN-lı “Toyota Prado” markalı avtomobillə hansısa bir küçədə və ya prospektdə dayanmamışdır. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan və inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə olan halda hesab edir ki, X7 barəsində olan 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli qərarda hadisənin baş verdiyini özündə əks etdirən fotogörüntüdə qayda pozuntusunun tarixi, dayanma-durmanı sübuta yetirəcək vaxt intervalı, qeydə alınma yeri və xüsusi texniki vasitənin sertifikatı və s. kimi hallar əks olunmadığı üçün qərarda qeyd olunan tarixdə və yerdə inzibati xətanın baş verməsi şübhə altına alınmış, qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin onun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. 3(004)-3951/2024 saylı Yasamal Rayon Məhkəməsinin qərarı X13 idarəsinə qaytarıldıqdan sonra MMX şöbəsindən Nicat adlı əməkdaşın icraatına daxil olmuşdur. İşi yenidən araşdıran DYP əməkdaşı tərəfindən bizim hüquqlarımız yenidən kobud şəkildə pozulmuşdur. Belə ki, işə yenidən baxılması üçün DİN Baş X13 İdarəsinə göndərilsə də iş qeyd edilən idarədə araşdırılmadan, onların iştirakı olmadan baxılıb və qanunsuz olaraq qərar verilib. İnspektor tərəfindən iş araşdırılan zaman o, dəvət olunmamış, heç bir izahatı alınmamış, ona hər hansı bir sübut təqdim edilməmişdir. İnspektor işi icraatına qəbul etdiyi gün qərarını da verib. Uzun müddət ərzində DYP-dən zəng gəlmədiyini gördükdən sonra özü əlaqə saxlanış və icraatın artıq yekunlaşdığını öyrənmişdir. Dərhal bununla bağlı 902 qaynar xəttinə şikayət etmiş və şəhər DYP-si idarəsinə yollanmışdır. İlk növbədə işi araşdıran inspektorun qəbulunda olmuş və qərarı niyə düzgün şəkildə icra etmədiklərini soruşmuşdur. İnspektora həmin tarixdə başqa yerdə olduğunu, maşının sürülmədiyini dedikdə TŞ kamerasına baxıb həqiqətən də maşının həmin gün sürülmədiyini və başqa yerdə olduğunu görmüşdür. İş artıq indi araşdırılmağa başlanmışdır. Lakin, inspektor öz subyektiv fikirlərinə əsasən qərar vermiş, Pərvin Səfərilyevə imzalatdırmış və artıq poçta təhvil vermişdi. Suallar qarşısında aciz qalan inspektor cəriməni ödəməyi təklif etmişdir. Lakin, cərimə balı qalacağına görə inspketorun bu təklifini qəbul etməmişdir. Dərhal növbətçi hissəyə yaxınlaşıb Ramiz Zeynalovun qəbuluna düşmək istədiyini bildirdikdə onu, adını xatırlamadığı bir polis polkovnikininin qəbuluna aparmışlar. Səhv etmirsə MMX şöbəsinin rəisi idi. Rəis onları dinlədikdən sonra, EQ ******* saylı qərara və sonrada TŞ kamera görüntülərinə baxdıqdan sonra həqiqətən də avtomobilin sürülmədiyini görmüş və dərhal Qəbələ RPŞ-nin hansısa əməkdaşı ilə danışıb, bu qanunsuzluqlara görə cavab verməli olduqlarını bildirmişdir. Onları çox mehriban qarşılayan rəis çıxarılan yeni qərardan mütləq şəkildə yenidən məhkəməyə müraciət etməyini və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə etiraz etmədiklərini bildirmişdir. Yasamal Rayon Məhkməsinin yeni qərarının DPS adlı şöbəyə yönləndirib Qəbələ DYPŞ-nin cəzalanması üçün əlindən gələni edəcəyinə söz vermişdir. DİN Baş X13 İdarəsinin ona göndərdiyi Qərarı xx.xx.2024-cü il tarixində Yasamal Rayonunda yerləşən poçtdan şəxsən götürmüş və 3-13- 16/1-136148 saylı inzibati xəta haqqında iş üzrə qərarla tanış olduqda, guya inspektor görüntülərə baxış keçirilən zaman “Toyota” markalı ** XL *** DQN-lı avtobilin yolun hərəkət hissəsində dayandığını hətta avtomobilin onun tərəfindən idarə edildiyinin öz təsdiqini tapdığının yazıldığını görmüşdür. Halbuki, yuxarıda da qeyd etdiyi kimi o, dəvət olunmamış, izahatı alınmamış, sübutlar təqdim olunmamış, TŞ kameralarına ümumiyyətlə baxılmamış, Yasamal Rayon Məhkəməsi Qərarında maşını digər şəxsin sürməsini bildirilsə də, ümumiyyətlə həmin vaxt avtomobilin sürülmədiyi qeyd edilsə də necə olubsa heç bir sübut olmadan yenidən onun sürməyi qənaətinə gəlinib. Məktubda inspektor Yasamal Rayon Məhkəməsinin 3(004)-3951/2024 saylı qərarına ümumiyyətlə hörmətsiz yanaşmalarını, hakimin qərarında tutduğu iradları veclərinə almadıqları açıq aşkar şəkildə görünür. İlk növbədə bildirmək istəyir ki, o, həmin vaxt avtomobili Qəbələ şəhərində idarə etməmişdir. İstəsə belə idarə edə bilməzdi. ** XL *** DQN-lı “Toyota Prado” markalı avtomobilin elektronikasında nasazlıq olduğundan maşın hərəkət edən zaman boğulurdu və sürət maximum 10 km/saat-dan yuxarı qalxmırdı (avarinni rejimə düşmüşdü) X11 idarə etdiyindən və evləri həmçinin yaxın olduğundan səhər saatlarında maşını onun evinin həyət yanı sahəsində saxlayıb, açarları götürüb, Cəfərov Rüstəmlə birlikdə başqa maşınla, adaptasiya edilməsi məqsədi ilə ustanın gətirmək üçün yola düşmüşlər və 18:00 radələrində Qəbələ şəhərinə qayıtmışlar. Avtomobilin bir tək açarı var o da ondadə olduğu üçün həmin vaxt avtomobil hərəkətsiz qalıb və ümumiyyətlə idarə olunmayıb. Qəbələ şəhərində olan bütün TŞ kameralarına baxılsa avtomobilin xx.xx.2024-cü il tarixində saat 15:51-də heç bir küçədə, prospektdə hərəkətdə olmadığının şahidi olacaqsınız. Avtomobil təmir olunduqdan sonra saat yalnız 20:00 radələrində sürülüb və Qəbələ şəhərini tərk edib. O vaxta qaədər avtomobil ümumiyyətlə hərəkətsiz halda olub. SMS Radar proqramında əks olunan foto şəkillərə diqqət etdikdə, iddia edilən və qayda pozuntusu kimi qələmə verilən şəkillərin xüsusi texniki vasitə ilə qeydə alınmamasına əsaslı şübhələr var. Çünki, şəkillərdə qayda pozuntusunun tarixi, dayanma-durmanı sübuta yetirəcək vaxt intervalı, qeydə alınma yeri və xüsusi texniki vasitənin sertifikatı və bunun kimi bir çox məqamlar əks olunmayıb. Foto şəkillərin nə zaman və harda çəkilməsi məlum deyil. Qərara əlavə edilən qayda pozuntusunun sübutu kimi təqdim edilən şəkillərə baxdıqda görünür ki, ** XL *** DQN-lı “Toyota Prado” markalı maşın 2 zolaqlı hərəkət zolağının 1-ci cərgəsi ilə hərəkət edir. Avtomobilin dayanma və durma qaydalarının pozulmasından söhbət belə gedə bilməz. Yuxarıda da qeyd etdiyi ki, nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 346-cı maddəsinin tələbinin pozulmasını sübut etmək üçün, nəqliyyat vasitəsinin eyni vəziyyətdə 5 dəqiqə müddətində dayanma və durmasını sübuta yetirən minimum 4 şəkil olmalıdır. DYPŞ-sinin sübut kimi təqdim etdiyi foto şəkillərə istinad etsək, yolda və foto şəkildə əks olunan hər kəs İXM-nin 346.4-cü maddəsinin tələblərini pozub.Çünki bütün maşınlar şəkildə dayanmış formada görünür. Odur ki, göstərilənlərə əsasən DİN BDYPİ-nin 3-13-16/1-136148 saylı inzibati xəta haqqında iş üzrə qərarla qüvvədə saxlanılan EQ 22774302 sayl inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə tərəfindən təqdim olunması tələb olunan iş materiallarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X7 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 şəhəri, H.Əliyev prospektində saat 15:51:406-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozduğu üçün barəsində 80 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Təqdim edilən SMS radar proqramından çıxarış edilmiş foto şəkildən görünür ki, ** XL *** DQN-lı “Toyota Prado” markalı avtomobillə hansısa bir küçədə və ya prospektdə dayanmamışdır. Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 3(004)-3951/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 şikayətinin qismən təmin edilməsi və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün DİN Baş X13 İdarəsinə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3-13-16/1-136148 nömrəli qərardan görünür ki, vətəndaş X7 barəsində çıxarılmış EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması ilə bağlı Yasamal Rayon Məhkəməsinin müvafiq qərarı əsasında qeyd olunan işə yenidən baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X7 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Təqdim edilmiş fotoşəkildən görünür ki, Dİn Baş X13 İdarəsinin web portalında 10XL202 dqn-lı avtomobil xx.xx.2024-cü il tarixdə 12:02:00-dan 20:08:39-a qədər hərəkətsiz olmuşdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X7 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DİN Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2024-cü il tarixində, saat 15:51:40-da Qəbələ şəhəri, H.Əliyev prospektində “TOYOTA PRADO minik” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara etiraz edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:51:40 radələrində o, heç bir küçədə, prospektdə hərəkət etməmişdir. Lakin buna baxmayaraq onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 346.4-cü maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-5496/2024 və xx.xx.2024-cü il tarixli, 3(004)-5496/2024 saylı məktubları ilə DİN Baş X13 İdarəsinə şikayət üzrə bütün sübutları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Hər bir halda protokolda şəxsin inzibati məsuliyyətə səbəb olan dəqiq əməli (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) göstərilməli, həmin əməlin törədilməsi ilə şəxs razılaşmadıqda, protokolda digər sübutlara istinad edilməklə, şəxsin konkret əməl törətməsini qərar qəbul etmiş səlahiyyətli orqan sübut etməlidir. Bundan sonra həmin protokol və sübutlar əsasında inzibati tənbeh qərarı çıxarıla bilər. Çünki İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Sübutların nədən ibarət olması isə İXM-də dəqiq müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, tərəf inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün əvvəl protokol tərtib edilərək, tərəfin iştirakı ilə onun inzibati xəta törədib-törətməməsi araşdırılmadan, barəsində birbaşa qərar qəbul edildiyindən, həmin qərar işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının nəticəsi olaraq qəbul edilmiş qərar hesab edilə bilməz. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat məbləğində cərimə edilir. Sadalananlara əsasən inzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində olan 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, şikayətçinin də şikayətində qeyd etdiyi kimi hadisənin baş verdiyini özündə əks etdirən fotogörüntüdə qayda pozuntusunun tarixi, dayanma-durmanı sübuta yetirəcək vaxt intervalı, qeydə alınma yeri və xüsusi texniki vasitənin sertifikatı və s. kimi hallar əks olunmadığı üçün qərarda qeyd olunan tarixdə və yerdə inzibati xətanın baş verməsi şübhə altına alınmış, qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış, aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli qərar ləğv edilməli və X4 əməlində AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X4 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş X13 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 avqust 2024-cü il tarixli, EQ 22774302 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar