Məhkəmə qərarları › İş №3(004)-55/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-55/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-55/2025 10.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nın nümayəndəsi və Bakı şəhəri, 7 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən X7 xx.xx.2024-cü il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X9 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Füzuli rayon prokurorluğundan daxil olmuş 2-2-414/3- 100942/2024 saylı xx.xx.2024 tarixli sorğu məktubunda Şəxs MMC-nin işçisi X2 xx.xx.2024cü il tarixində xəsarət aldığı bildirilmişdir. “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən zərərçəkən X7 ilə Şəxs MMC arasında bağlanan əmək müqaviləsinin xx.xx.2024-cü il tarixində altsistemə yükləndiyi müəyyən edilmişdir.Monitorinqin nəticələrinə dair Agentlik yoxlama aktı tərtib edərək digər iş materialları ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə təqdim etmiş və sonuncu tərəfindən isə "xxxx" MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Məhkəməyə göndərilmişdir. Göründüyü kimi "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nın nümayəndəsi və Bakı şəhəri, 7 saylı vəkil bürosunun vəkili X10 bildirmişdir ki, işçi həmin gün işlərlə tanış olmaq üçün tikinti olan əraziyə gəlmiş və bədbəxt hadisə baş vermişdir. Hazırda da X7 MMC-də işləyir. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Füzuli rayon prokurorluğundan daxil olmuş 2-2-414/3- 100942/2024 saylı xx.xx.2024 tarixli sorğu məktubundan görünür ki, Şəxs MMC-nin işçisi X2 xx.xx.2024-cü il tarixində xəsarət almışdır. “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən zərərçəkən X7 ilə Şəxs MMC arasında bağlanan əmək müqaviləsinin xx.xx.2024cü il tarixində altsistemə yükləndiyi müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkən X2 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə işğaldan azad edilmiş Füzuli rayonunun ərazisində uşaq bağşasının tikintisinin "xxxx" MMCnin işçisi kimi 2-ci mərtəbədən 1-ci mərtəbəyə iş vaxtı tarazlığını itirərək yıxılıb xəsarət almışdır.Həmin gün Füzuli rayon Mərkəzi Xəstəxanasına dərhal götürdülər, orada ilk tibbi yardım göstəridikdən sonra onu X15 apardılar. Müayinədən sonra məlum oldu ki, sağ budunun yuxarı hissəsi sınmışdır. xx.xx.2024-cü il tarixdə əməliyyat olmuşdur. xx.xx.2024-cü il tarixdə evə buraxılmış, hazırda ev şəraitində müalicə alır. İş materiallarında olan məktubdan görünür ki, Şəxs MMC-nin işçisi X1 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır. Odur ki, yaranmış zərurət ilə əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555-ci maddəsində nəzərdə tutulmuş qaydada baş vermiş bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün, eləcə də hazıradək hər hansı vaxtda işəgötürən tərəfindən bu barədə məlumatın verilib-verilməməsi ilə bağlı mümkün qədər qısa müddət ərzində Füzuli rayon prokurorluğuna rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin Füzuli rayonunda yerləşən tikinti obyektində X7 yıxılaraq xəsarət almış, araşdırma zamanı MODULX” MMC-nin işçisi X5 ilə heç bir əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə bağlanılmadığı aşkar edilmişdir. Bununla bağlı Agentlik tərəfindən yoxlama aktı tərtib edərək digər toplanmış materiallar ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə təqdim edilmiş və Nazirlik tərəfindən isə "xxxx" MMC-nin əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, tikinti obyektində monitorinqin aparılması zamanı "xxxx" MMC ilə işçilərdən X7 arasında heç bir əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığı aşkar edilmişdir. Yəni, "xxxx" MMC bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həmin işçi ilə heç bir əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan onu işə cəlb etmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi iki min ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar